• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Baş səhifə
      • Activities
      • Dövlət qulluğu
      • Dövlət qulluğuna qəbul

      Dövlət qulluğuna qəbul

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət
      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Sual ver

      “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

      Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

      Ətraflı
      Описание

      Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

      A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

      • AA qrupu;

      • AB qrupu;

      • AC qrupu.

      B növü -  inzibati icraçı vəzifələr üzrə:

      • BA qrupu;

      • BB qrupu.

      Test imtahanında istifadə ediləcək test tapşırıqlarının aşağıdakı növləri var:

      1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

      2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;

      3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.

      Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

      Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

      Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.

      İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

      İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

      1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;

      2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;

      3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

      Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

      1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

      2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

      3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.

      Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

      Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

      Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

      Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

      • Xəbərlər
      • Qaydalar
      • Faydalı
      • Vakansiyalar
      • E-xidmətlər
      • Sənədlər
      • Təqvim
      • FAQ
      Xəbərlər
      Bu gün dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilir
      11.04.2021 Dövlət qulluğu
      Bu gün dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilir

      İmtahan Bakı və Gəncə şəhərlərində keçirilir


      Aprelin 11-də dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçiriləcək
      08.04.2021 Dövlət qulluğu
      Aprelin 11-də dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçiriləcək

      İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır


      05.04.2021 Dövlət qulluğu
      İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

      İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 11 aprel 2021-ci il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər


      Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə aprelin 11-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır
      01.04.2021 Dövlət qulluğu
      Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə aprelin 11-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır

      İmtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 18:00-dək aparılacaq


      15.03.2021 Dövlət qulluğu
      Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib

      Namizədlər aprelin 13-ü saat 18:00-dək qeydiyyatdan keçməklə əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər


      15.03.2021 Dövlət qulluğu
      Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib

      Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 13 aprel saat 18:00-dək  Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər


      Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin aprel ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
      12.03.2021 Dövlət qulluğu
      Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin aprel ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

      İmtahanın 11 aprel 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulur


      09.03.2021 Dövlət qulluğu
      İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub

      Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək


      Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
      07.03.2021 Dövlət qulluğu
      Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb

      DİM tərəfindən 2021-ci il martın 7-da dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.


      04.03.2021 Dövlət qulluğu
      Martın 7-də dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçiriləcək

      İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

      Qaydalar
      Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası

      24.11.2017 Baxılıb: 6871
      Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası

      24.11.2017 Baxılıb: 3884
      Faydalı
      Sertifikat əldə etmiş və dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı barədə məlumat

      18.04.2018 Baxılıb: 1204
      “Namizədin yaddaş kitabçası” - kompüter vasitəsilə keçirilən test imtahanları üçün

      23.01.2018 Baxılıb: 871
      “Namizədin yaddaş kitabçası” - kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün

      23.01.2018 Baxılıb: 612
      Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar

      23.01.2018 Baxılıb: 2868
      Dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növü, qrupları, altqrupları, adı və vəzifələrin aid olduğu dövlət orqanları

      18.12.2017 Baxılıb: 2346
      Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?

      27.11.2017 Baxılıb: 1808
      Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri

      Digər sənədlər 114.2 Кб Baxılıb: 1207
      Vakansiyalar
      Vakant vəzifələr (B növ) və ehtiyat kadrlar haqqında məlumat (01.02.2018)

      01.02.2018 Baxılıb: 9272
      İnzibati vəzifələrin A növü üzrə sertifikat əldə etmiş namizədlər, vakansiyalar və ehtiyat kadrlar haqqında məlumat (17.01.2018)

      17.01.2018 Baxılıb: 3061
      Sertifikat əldə etmiş namizədlər, vakansiyalar və ehtiyat kadrlar haqqında məlumat (25.12.2017)

      25.12.2017 Baxılıb: 2112
      E-xidmətlər
      Onlayn qeydiyyat
      Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat
      https://eservices.dim.gov.az/dqq/ImtQeyd
      Sınaq imtahanına qeydiyyat
      Elektron sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat
      http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom
      Sertifikatın alınması üçün onlayn qeydiyyat
      Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat
      http://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg
      İmtahanın nəticələri
      Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirləri
      https://eservices.dim.gov.az/netdq/
      Müsabiqənin müsahibə elanları
      Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları
      http://eservices.dim.gov.az/dqq/Elan/MsbElanlar
      Dövlət qulluğu üzrə elektron xidmətlər
      https://eservices.dim.gov.az/dqq

      Sənədlər
      Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu

      27.11.2005 AR qanunları Baxılıb: 2579
      Təqvim
      İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat
      İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  07.11.2017 Bitmə tarixi:  06.12.2017 Qeydiyyat Dövlət qulluğu
      İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat
      İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  07.11.2017 Bitmə tarixi:  17.11.2017 Qeydiyyat Dövlət qulluğu
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları

      Keçirilib Başlanğıc tarixi:  15.11.2017 Sınaq imtahanı Dövlət qulluğu
      İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı
      İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı

      Keçirilib Başlanğıc tarixi:  18.11.2017 İmtahan Dövlət qulluğu
      Ümumi müsahibə elanları - sənəd qəbulu
      Ümumi müsahibə elanları - sənəd qəbulu

      Keçirilib Başlanğıc tarixi:  15.12.2017 Bitmə tarixi:  04.01.2018 Ərizə qəbulu Dövlət qulluğu
      İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı
      İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı

      Keçirilib Başlanğıc tarixi:  17.12.2017 İmtahan Dövlət qulluğu
      Dövlət qulluğu vəzifələri üzrə (B növü) test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat
      Dövlət qulluğu vəzifələri üzrə (B növü) test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  18.12.2017 Bitmə tarixi:  29.12.2017 Qeydiyyat Dövlət qulluğu
      Elektron sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat
      Elektron sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  27.12.2017 Bitmə tarixi:  13.01.2018 Qeydiyyat Dövlət qulluğu
      İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat
      İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  10.01.2018 Bitmə tarixi:  24.01.2018 Qeydiyyat Dövlət qulluğu
      11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları (B növü)
      11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları (B növü)

      Keçirilib Başlanğıc tarixi:  11.01.2018 Bitmə tarixi:  09.02.2018 Ərizə qəbulu Dövlət qulluğu
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları

      Keçirilib Başlanğıc tarixi:  13.01.2018 Sınaq imtahanı Dövlət qulluğu
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları

      Keçirilib Başlanğıc tarixi:  19.01.2018 Sınaq imtahanı Dövlət qulluğu
      İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat
      İnzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  23.01.2018 Bitmə tarixi:  11.02.2018 Qeydiyyat Dövlət qulluğu
      26 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilməsi
      26 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilməsi

      Keçirilib Başlanğıc tarixi:  26.01.2018 Bitmə tarixi:  16.03.2018 Dövlət qulluğu
      26 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları (B növü)
      26 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları (B növü)

      Keçirilib Başlanğıc tarixi:  26.01.2018 Bitmə tarixi:  23.02.2018 Ərizə qəbulu Dövlət qulluğu
      İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı
      İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı

      Keçirilib Başlanğıc tarixi:  27.01.2018 İmtahan Dövlət qulluğu
      Dövlət qulluğu vəzifələri üzrə (A növü) test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat
      Dövlət qulluğu vəzifələri üzrə (A növü) test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  29.01.2018 Bitmə tarixi:  09.02.2018 Qeydiyyat Dövlət qulluğu
      Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilməsi
      Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilməsi

      Keçirilib Başlanğıc tarixi:  01.02.2018 Bitmə tarixi:  13.02.2018 Dövlət qulluğu
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları
      Dövlət qulluğuna qəbul ilə əlaqədar sınaq imtahanları

      Keçirilib Başlanğıc tarixi:  02.02.2018 Sınaq imtahanı Dövlət qulluğu
      7 fevral tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları (B növü)
      7 fevral tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları (B növü)

      Keçirilib Başlanğıc tarixi:  07.02.2018 Bitmə tarixi:  08.03.2018 Ərizə qəbulu Dövlət qulluğu
      FAQ
      Ali təhsil müəssisəsini bitirmişəm, lakin hələ diplom almamışam. Universitetdən arayış alıb dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak edə bilərəmmi?
      Müsabiqənin test imtahanında ali təhsil haqqında sənədə (diploma) malik olan şəxslər iştirak edə bilərlər.
      Mən iki dəfə ali təhsil almışam və iki diplomum var. Dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün istədiyim diplomla qeydiyyatdan keçə bilərəmmi?
      Bəli, istədiyiniz diplomla qeydiyyatdan keçə bilərsiniz.
      BA və ya BB qrupuna daxil olan vəzifə altqrupları üzrə sertifikata malik olan şəxs müsahibədə iştirak etdikdə iş stajı tələb olunurmu?
      Dövlət qulluğuna dair qanunvericiliyinə əsasən, namizədlər dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edirlər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. İş stajına dair tələb ümumi şərtlərin tərkib hissələrindən biridir. Qeyd edək ki, BA qrupuna aid olan BA4 altqrupu üzrə və BB qrupuna daxil olan BB2, BB3, BB4 altqruplarına aid olan vəzifələr üzrə iş stajı tələbi nəzərdə tutulmur. BB3 vəzifə altqrupu üzrə baş mühasib vəzifəsinin qulluq funksiyaları nəzərə alınaraq 1 ildən 2 ilədək iş stajı tələb oluna bilər.
      Vəzifə qrupları və müvafiq altqruplar barədə ətraflı məlumatı Mərkəzin internet səhifəsindən əldə edə bilərsiniz.
      2016-cı ildə dövlət qulluğuna qəbul üzrə imtahan verib müvəffəqiyyət qazanmışam. Həmin imtahanın nəticələri əsasında birbaşa müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərəmmi?
      Xeyr, iştirak edə bilməzsiniz. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
      Bir ildə bir neçə dəfə sertifikat almaq mümkündürmü?
      Bəli, mümkündür. Dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat alına bilər.
      Müxtəlif elmi adlar almış şəxslərə dövlət qulluğuna qəbul zamanı hər hansı güzəşt edilirmi?
      Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət qulluğuna dair qanunvericilikdə dövlət qulluğuna qəbul zamanı hər hansı güzəştlər nəzərdə tutulmamışdır.
      A növünə daxil olan vəzifələr üzrə keçirilən imtahanda iştirak edib sertifikat alan şəxs B növünə daxil olan vəzifələr üzrə müsahibədə iştirak edə bilərmi?
      Xeyr, iştirak edə bilməz. Vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Yəni AB qrupu üzrə imtahanda iştirak edərək AB2 altqrupuna uyğun olan sertifikat əldə edən şəxs AB2, AB3, AB4 altqruplarına daxil olan vəzifələr üzrə  elan edilmiş müsahibələrdə iştirak edə bilər.
      Dövlət qulluğunda stajı olmayan şəxslər iş stajı tələb edilən vəzifələr üzrə elan edilmiş müsahibələrdə iştirak edə bilərlərmi?
      Müvafiq sahə üzrə ümumi iş stajı olan şəxslər iş stajı tələb edilən vəzifələr üzrə elan edilmiş müsahibələrdə iştirak edə bilərlər.
      Əvvəlki illərdə imtahan verib sınaq, yaxud staj dövründə olan şəxslər yenidən dövlət qulluğuna qəbul olunsalar, onların sınaq və ya staj müddəti qısaldılacaqmı?
      Stajçı kimi dövlət qulluğuna qəbul edilmiş şəxs həmin müddətdə yenidən dövlət qulluğuna qəbulla bağlı müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs isə yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
      Əvvəllər dövlət qulluğunda çalışmış şəxslər yenidən dövlət qulluğuna qəbul olmaq üçün imtahan verib sertifikat almalıdırlarmı?
      Dövlət qulluğunda azı 5 il qulluq stajı olan və dövlət orqanlarında inzibati vəzifələrdə çalışmış şəxslərin vakant inzibati  vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibələrdə iştirak etmək hüququ var. Həmin şəxslər müsabiqənin müsahibə mərhələsində iştirak etmək istədikləri halda, həmin vəzifə altqrupu üzrə sertifikat əldə etməlidirlər.
      Hazırda dövlət qulluğunda çalışan və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər yenidən imtahan verib sertifikat almalıdırlarmı?
      “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1.1-ci  maddəsinə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Həmin müddəa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  31 may 2016-ci il tarixli 267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (10 avqust 2016-cı il) dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmir. Beləliklə, həmin şəxslərin dövlət qulluğunda fəaliyyətlərini davam etdirmələri üçün sertifikat almalarına zərurət yoxdur.
      Xarici ölkədə təhsil almışam. Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün sənədlərimi hansı qaydada təqdim etməliyəm?
      Əgər Siz Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almışsınızsa, bu zaman barənizdə dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidirlər. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri həmin şəxsləri stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
      BB qrupu üzrə imtahanda toplanılan bal 75-dən aşağı, 70-dən yuxarı olarsa, hansı altqrup üzrə sertifikat verilir?
      BB3 altqupu üzrə keçid balı 70% olduğu üçün, müraciətdə qeyd etdiyiniz halda, BB3 altqrupu üzrə sertifikat verilir və həmin sertifikat BB4 altqrupuna aid olan vəzifələr üzrə keçirilən müsahibələrdə də iştirak etmək hüququ verir.

      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1138,  Mikayıl Müşfiq küçəsi, 1M
      © 2021 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube