İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:
1. İmtahana qeydiyyatdan keçmək üçün TOEFL iBT® -nin internet səhifəsində şəxsi hesab açmaq;
-ETS təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://toefl-registration.ets.org/TOEFLWeb/extISERLogonPrompt.do) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;
2. Şəxsi hesab yaratdıqdan sonra, oradan «My Home Page» bölməsində «Register for a Test\Order Score reports»-a daxil olmaq;
3. Qeydiyyatdan keçmək üçün TOEFL Test bölməsinə daxil olmaq, sonra «I agree» düyməsini seçmək;
4. Növbəti səhifədə ölkəni, şəhəri, tarixi seçdikdən sonra təqdim olunan test mərkəzləri siyahısından «State Examination Center» seçmək;
Qeyd: Ödəniş edilmədikdə qeydiyyat yekunlaşmış hesab edilmir.
Qeydiyyatdan keçmək üçün öncədən tələb olunan vəsaitlər:
-Ödəniş plastik kart vasitəsilə həyata keçirilir. İmtahanda iştirak etmək üçün ödəniş haqqı 180 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü ilə linkdə tanış ola bilərsiniz: https://www.ets.org/toefl/ibt/about/fees/
- Qeydiyyatdan imtahandan bir həftə əvvəl keçmək lazımdır. Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 2 gün qalmışa qədər əlavə gecikmə rüsumunu (40 ABŞ dolları) ödəyərək qeydiyyatdan keçmək mümkündür.
Qeydiyyatdan keçmək üçün daha ətraflı məlumatı https://www.ets.org/Media/Tests/TOEFL/pdf/4677_TOEFL_Reg_Guide.pdf linkindən əldə edə bilərsiniz.
2020-ci ildə TOEFL imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
-
23.09.2020
-
03.10.2020
-
10.10.2020
-
14.10.2020
-
08.11.2020
-
11.11.2020
-
02.12.2020
-
DİM tərəfindən keçirilən TOEFL imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz:
s.huseynova@dim.gov.az