Vakansiyalar

Line Spacing+- AFont Size+- Çap

Bölmə: Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi

Vəzifənin adı: aparıcı məsləhətçi

İş yeri: Xaçmaz şəhəri

Vəzifə təlimatı: 

  • imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
  • imtahana cəlb olunan şəxslərlə işin aparılması (onların seçilməsi, anketləşdirilməsi, təlimlərin təşkili və keçirilməsi), imtahanın keçiril­məsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, zənginləşdirilməsi və istifadəsinin həyata keçirilməsi;
  • yerli pedaqoji heyətlə işin aparılması (Mərkəz tərəfindən dərc edilən materialların müzakirələrinin, seminarların və s. tədbirlərin keçirilməsi);
  • Regional bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi.

Təhsil: ali

Dil bilikləri: ingilis dili (orta səviyyədə), rus dili (yüksək səviyyədə)

Kompüter bacarıqları: MS Windows, MS Office, İnternet  (yüksək səviyyədə)

İş təcrübəsi:  tələb olunmur

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət (CV) formasını   aitengulieva@mail.ru  ünvanına 24 aprel 2017-ci il tarixədək  göndərə bilərlər


Müsahibəyə dəvət olunacaq namizədlər üçün müsahibənin proqramı

  1. Mərkəzin yaradılması və məqsədləri;
  2. Mərkəzin əsas fəaliyyət istiqamətləri;
  3. Mərkəzin vəzifələri;
  4. Mərkəzin işinin təşkili;
  5. Mərkəzin reallaşdırdığı əsas layihələr;
  6. Təhsilin inkişafında Mərkəzin rolu;
  7. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları;
  8. Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə  qəbulu  Qaydaları;
  9. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları.

Ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı;
  2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”;
  3. “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarı;
  4. “Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə  qəbulu  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 38 nömrəli Qərarı;
  5. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 39 nömrəli Qərarı; 
  6. www.dim.gov.az