• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Baş səhifə
      • Əlaqə
      • Sual - cavab

      Sual - cavab

      • Əlaqə məlumatları
      • Online müraciət
      • Sual - cavab
      • Vətəndaşların qəbulu
      • Ümumi suallar
      • Dövlət qulluğu
      • Bakalavriat
      • Magistratura
      • Rezidentura
      • Buraxılış imtahanları
      • Orta ixtisas təhsili
      • Sınaq imtahanları
      • SAT və TOEFL
      Bakı şəhərində qeydiyyatdayam. Ancaq Gəncə şəhərində orta məktəbdə təhsil alıram. Ali təhsil müəssisələrinə qəbul imtahanını Bakı şəhərində verə bilərəm?

      Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

       



      Müsabiqə şərti ilə keçid balı anlayışları arasında fərq varmı?

      Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

      Mən ali təhsil almaq istəyirəm. Özüm müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Bunun nəzərə alınması sayəsində mən ali məktəbə və ya texnikuma müsabiqədənkənar qəbul oluna bilərəmmi?

      Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu DİM tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq müsabiqə əsasında aparılır. Qəbul qaydalarına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda heç bir imtiyaz nəzərdə tutulmur. Odur ki, Sizin döyüş bölgəsində hərbi xidmət keçməyiniz ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul üçün əsas ola bilməz. Siz ümumi qaydada qəbul imtahanı verib müsabiqədə iştirak etməlisiniz.    

      Əgər elektron ərizəni doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alsam, bu, mənim imtahanda iştirakıma hər hansı maneə yarada bilərmi?

      Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz Şəxsi kabinetinə daxil olub "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidirlər.    

      Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?

      İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri DİM-in internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.    

      Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O,Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır.Onun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifadə oluna bilərmi?

      Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini (MYİ və ya DYİ) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-Məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir.    

      BB qrupu üzrə imtahanda toplanılan bal 75-dən aşağı, 70-dən yuxarı olarsa, hansı altqrup üzrə sertifikat verilir?

      BB3 altqupu üzrə keçid balı 70% olduğu üçün, müraciətdə qeyd etdiyiniz halda, BB3 altqrupu üzrə sertifikat verilir və həmin sertifikat BB4 altqrupuna aid olan vəzifələr üzrə keçirilən müsahibələrdə də iştirak etmək hüququ verir.

      Xarici ölkədə təhsil almışam. Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün sənədlərimi hansı qaydada təqdim etməliyəm?

      Əgər Siz Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almışsınızsa, bu zaman barənizdə dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidirlər. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri həmin şəxsləri stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

      Hazırda dövlət qulluğunda çalışan və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər yenidən imtahan verib sertifikat almalıdırlarmı?

      “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1.1-ci  maddəsinə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Həmin müddəa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  31 may 2016-ci il tarixli 267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (10 avqust 2016-cı il) dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmir. Beləliklə, həmin şəxslərin dövlət qulluğunda fəaliyyətlərini davam etdirmələri üçün sertifikat almalarına zərurət yoxdur.

      Əvvəllər dövlət qulluğunda çalışmış şəxslər yenidən dövlət qulluğuna qəbul olmaq üçün imtahan verib sertifikat almalıdırlarmı?

      Dövlət qulluğunda azı 5 il qulluq stajı olan və dövlət orqanlarında inzibati vəzifələrdə çalışmış şəxslərin vakant inzibati  vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibələrdə iştirak etmək hüququ var. Həmin şəxslər müsabiqənin müsahibə mərhələsində iştirak etmək istədikləri halda, həmin vəzifə altqrupu üzrə sertifikat əldə etməlidirlər.

      Əvvəlki illərdə imtahan verib sınaq, yaxud staj dövründə olan şəxslər yenidən dövlət qulluğuna qəbul olunsalar, onların sınaq və ya staj müddəti qısaldılacaqmı?

      Stajçı kimi dövlət qulluğuna qəbul edilmiş şəxs həmin müddətdə yenidən dövlət qulluğuna qəbulla bağlı müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs isə yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

      Dövlət qulluğunda stajı olmayan şəxslər iş stajı tələb edilən vəzifələr üzrə elan edilmiş müsahibələrdə iştirak edə bilərlərmi?

      Müvafiq sahə üzrə ümumi iş stajı olan şəxslər iş stajı tələb edilən vəzifələr üzrə elan edilmiş müsahibələrdə iştirak edə bilərlər.

      Bir ildə bir neçə dəfə sertifikat almaq mümkündürmü?

      Bəli, mümkündür. Dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat alına bilər.

      A növünə daxil olan vəzifələr üzrə keçirilən imtahanda iştirak edib sertifikat alan şəxs B növünə daxil olan vəzifələr üzrə müsahibədə iştirak edə bilərmi?

      Xeyr, iştirak edə bilməz. Vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Yəni AB qrupu üzrə imtahanda iştirak edərək AB2 altqrupuna uyğun olan sertifikat əldə edən şəxs AB2, AB3, AB4 altqruplarına daxil olan vəzifələr üzrə  elan edilmiş müsahibələrdə iştirak edə bilər.

      Müxtəlif elmi adlar almış şəxslərə dövlət qulluğuna qəbul zamanı hər hansı güzəşt edilirmi?

      Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət qulluğuna dair qanunvericilikdə dövlət qulluğuna qəbul zamanı hər hansı güzəştlər nəzərdə tutulmamışdır.

      2016-cı ildə dövlət qulluğuna qəbul üzrə imtahan verib müvəffəqiyyət qazanmışam. Həmin imtahanın nəticələri əsasında birbaşa müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərəmmi?

      Xeyr, iştirak edə bilməzsiniz. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

      BA və ya BB qrupuna daxil olan vəzifə altqrupları üzrə sertifikata malik olan şəxs müsahibədə iştirak etdikdə iş stajı tələb olunurmu?
      Dövlət qulluğuna dair qanunvericiliyinə əsasən, namizədlər dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edirlər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. İş stajına dair tələb ümumi şərtlərin tərkib hissələrindən biridir. Qeyd edək ki, BA qrupuna aid olan BA4 altqrupu üzrə və BB qrupuna daxil olan BB2, BB3, BB4 altqruplarına aid olan vəzifələr üzrə iş stajı tələbi nəzərdə tutulmur. BB3 vəzifə altqrupu üzrə baş mühasib vəzifəsinin qulluq funksiyaları nəzərə alınaraq 1 ildən 2 ilədək iş stajı tələb oluna bilər.
      Vəzifə qrupları və müvafiq altqruplar barədə ətraflı məlumatı Mərkəzin internet səhifəsindən əldə edə bilərsiniz.
      Mən iki dəfə ali təhsil almışam və iki diplomum var. Dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün istədiyim diplomla qeydiyyatdan keçə bilərəmmi?

      Bəli, istədiyiniz diplomla qeydiyyatdan keçə bilərsiniz.

      Ali təhsil müəssisəsini bitirmişəm, lakin hələ diplom almamışam. Universitetdən arayış alıb dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak edə bilərəmmi?

      Müsabiqənin test imtahanında ali təhsil haqqında sənədə (diploma) malik olan şəxslər iştirak edə bilərlər.

      Tam orta məktəbi 2020-ci ildə bitirmişəm və buraxılış imtahanında iştirak etmişəm. Həmin nəticə ilə 2021-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərəmmi?
      Qeyd olunduğu kimi, həm IX, həm də XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2020-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2021-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
      Orta məktəbi cari ildə bitirən abituriyentlər I-IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış və qəbul imtahanlarından topladıqları balların cəminə əsasən iştirak edirlər. Bəs əvvəlki illərin məzunları üçün müsabiqə necə keçirilir?

      Qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verir və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlər.

      Cari ilin buraxılış imtahanında aşağı nəticə göstərən məzunları I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edə bilirlərmi?

      Bəli, buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq, abituriyentlər qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilirlər.

      Ödənişsiz əsaslarla orta ixtisas təhsili almışam. Ali təhsil almaq istəyirəm. Əgər müsabiqə şərtlərini ödəsəm, dövlət sifarişi ilə ali təhsil ala bilərəmmi?

      «Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən ölkə vətəndaşları hər bir təhsil səviyyəsi (ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil) üzrə yalnız bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) təhsil ala bilərlər. Deməli, ödənişsiz təhsil almaq üçün qoyulan müvafiq müsabiqə şərtlərini ödəsəniz, elektron ixtisas seçimi ərizəsində dövlət sifarişli ixtisasların da kodlarını qeyd edə bilərsiniz və qəbul olduğunuz halda dövlət sifarişi əsasında ali təhsil ala bilərsiniz.

      “Abituriyent” jurnalında bir və iki ulduz işarəsi ilə göstərilən xüsusi qabiliyyət tələb edən ixtisasların fərqi nədir?

      Bir ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı,  qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı əsasında aparılır.

      2020-ci ildə V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı vermişəm, lakin müsabiqədən keçməmişəm. 2021-ci ildə imtahan vermədən V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərəm

      V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının (tam orta məktəbin XI sinfini cari ildə bitirənlər üçün buraxılış imtahanının) nəticələri 2 il qüvvədə olur.  2020-ci ildə keçirilmiş qəbul / buraxılış imtahanından topladığı bal müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər 2021-ci ildə qabiliyyət imtahanı verib məqbul qiymət almaq şərti ilə V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər.

      Subbakalavrlar ümumi qaydada qəbul imtahanında iştirak edib həm subbakalavr, həm də abituriyent kimi müsabiqədə iştirak edə bilərlərmi?

      Bəli, iştirak edə bilərlər. Belə olan halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər.

      Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu necə həyata keçirilir?

      Subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.

      Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları qəbul imtahanında iştirak edə biləcəklərmi?

      Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

       

      XI sinfi 2020-ci ildə bitirərək buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlərmi?

      Məlum olduğu kimi, buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2020-ci ildə buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəklərinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. 


      Buraxılış imtahanında xarici dil kimi rus dili fənnindən imtahan verəcəyəm. Bəs ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində iştirak etmək üçün nə etməliyəm?

      Buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində tələb edilən xarici dildən əlavə imtahan verməlidirlər.

       

      İdmançıyam, beynəlxalq yarışın qalibiyəm. Ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul ola bilərəm?

      “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpia­dalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Ancaq qeyd etmək lazımdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə beynəlxalq yarışların siyahısı isə Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sonuncu qərara əsasən yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.

      2021-ci ildə peşə liseyini bitirən və buraxılış imtahanında iştirak edən abituriyentlər V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlərmi?

      Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.


      Sənədlərimi xüsusi təyinatlı ali təhsil müəssisələrindən birinə vermək istəyirəm. Digər ali təhsil müəssisələrinin ixtisaslarını da seçə bilərəmmi?

      Xüsusi təyinatlı ali təhsil müəssisəsinə sənəd verən abituriyent (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi yoxlamalardan uğurla keçdiyi təqdirdə) ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent digər ali təhsil müəssisələrinin ixtisas seçiminə buraxılmır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin müsabiqəsindən keçməyən abituriyentlər isə, müsabiqə şərtlərini ödədikləri halda, digər ali təhsil müəssisələrinin ixtisas seçimində iştirak edə bilərlər.

       

      Oğlum 2020-ci ildə keçirilən qəbul imtahanlarında iştirak edib, lakin qəbul ola bilməyib. 2021-ci il iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, qəbul imtahanlarında iştirak edə bilərmi?

      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatına əsasən iyul ayının 30-dək 18 yaşı tamam olan gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Dövlət Xidmətinin müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır. Oğlunuz yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.


      Mən orta məktəbin 11-ci sinfini keçən il bitirmişəm, məktəbdə alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ali məktəblərə və kolleclərə qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm?

      Bəli, orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilində verən əvvəlki illərin məzunları xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dilini seçə bilərlər.

      Ötən il rus bölməsinin abituriyenti olmuşam. Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alsam da, qəbul imtahanında kifayət qədər bal toplaya bilmədiyimə görə universitetə qəbul olmadım. Bu il Azərbaycan dili fənnindən yenə imtahan verməliyəm?

      Xeyr, rus bölməsinin abituriyentləri Azərbaycan dili fənni üzrə keçirilən test imtahanından “məqbul” qiymət alırlarsa, həmin nəticə cari və növbəti tədris ili üçün keçərli olur. Beləliklə, sizin 2020-ci ildə Azərbaycan dili fənni üzrə verdiyiniz imtahanın nəticəsi 2021-ci ildə də qüvvədə olacaq.

      Orta məktəbi cari ildə Azərbaycan bölməsi üzrə bitirirəm. Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak edə bilərəm?

      Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən (buraxılış imtahanı çərçivəsindəki dövlət dili kimi Azərbaycan dili imtahanından başqa) əlavə imtahan verməlidirlər.

       

      Tam orta məktəbdə ingilis bölməsində təhsil alıram. Ali təhsil müəssisələrinin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak etmək üçün rus dili fənnindən də imtahan verməliyəm?

      Bəli, Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər (ingilis, gürcü və sair) dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili (buraxılış imtahanı çərçivəsindəki dövlət dili kimi Azərbaycan dili imtahanından başqa) və ya rus dili fənnindən də imtahan verməlidirlər.

      2021-ci ildə orta məktəbi bitirəcək abituriyentlər ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış və qəbul imtahanlarından topladıqları balların cəminə əsasən iştirak edəcəklər. Bəs əvvəlki illərin məzunları üçün müsabiqə necə keçiriləcək?

      I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

      I, II, III və IV ixtisas qruplarının biri üzrə birinci (yaz) qəbul imtahanında iştirak etdikdən sonra ikinci (yay) qəbul imtahanında başqa bir ixtisas qrupu üzrə iştirak etmək olarmı?

      Bəli, abituriyentlər eyni ildə I, II, III və IV qrupların ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər. Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

      Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və orta məktəbi Dağıstanda bitirmişəm. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada təqdim etməliyəm?

      Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) DİM-də və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

      Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?

      Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
      Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün DİM tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.    

      Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm?

      Xüsusi təyinatlı təhsil müəssisələrinə, o cümlədən Polis Akademiyasına qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyentlər tələb olunan sənədləri təqdim etdikdən sonra həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanı verməlidirlər.

      İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir?

      İkinci ali təhsil almaq istəyən abituriyentlər ümumi qaydada DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Belə abituriyentlər qəbul elanında qeyd olunan sənədlərlə yanaşı Sənəd Qəbulu Komissiyasına ali təhsil haqqında sənədi (əslini), ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı, attestatın əslini və ya məzunu olduğu təhsil müəssisəsi tərəfindən verilən attestat qiymətləri göstərilən arayışı təqdim etməlidirlər.

      Mən Bakı Dövlət Universitetinin filologiya (rus dili) ixtisaslaşmasında magistr təhsili alıram. Birinci kursu bitirmədən və təhsilimi dayandırmadan yenidən magistraturaya sənəd verə bilərəmmi?

      Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

      Elektron ərizəni doldurarkən imtahan verəcəyim dili rus dili olaraq qeyd etmək istəyirəm. Plan yerləri elan olunan zaman müraciət edib digər bölməyə aid ixtisaslaşmaları seçə bilərəmmi?

      Bakalavrlara imtahan verəcəkləri dili (bölməni) seçmək hüququ yalnız imtahandan əvvəl elektron ərizə doldurularkən verilir. İmtahan həmin dildə verilməlidir. İxtisaslaşma seçimi zamanı bakalavr yalnız öz ixtisasına uyğun, seçdiyi qəbul proqramına və bölməyə aid olan, həmçinin Azərbaycan və rus bölmələrinin bakalavrlarının birlikdə müsabiqəsi üçün nəzərdə tutulmuş ixtisaslaşmaları seçə bilər.

      Mən Ankara Texnoloji Universitetini bu il bitirirəm. Sonuncu kurs tələbəsiyəm. Bilmək istəyirəm ki, cari ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına sənəd verə bilərəmmi?

      Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini şəxsən təqdim etməlidirlər. Xarici ölkələrdə ali təhsil almış, sənəd qəbulu müddətində qeyd olunan sənədləri təqdim etməyən şəxslər müsabiqədə iştirak edə bilməzlər.  

      Magistraturaya qəbul imtahanında xarici dil fənnindən mətn əsasında oxuyub-anlama qabiliyyətini yoxlayan 5 tapşırıq dinləyib-anlama qabiliyyətini yoxlayan mətn əsasında təqdim ediləcək 5 tapşırıq ilə əvəz olunacaq, yoxsa testə hər iki blok daxil ediləcək?

      Magistraturaya qəbul imtahanında xarici dil fənnindən keçiriləcək imtahanın strukturu aşağıdakı kimidir: cəmi 25 test tapşırığı, o cümlədən dinləyib-anlama mətni əsasında qapalı formalı 5 test tapşırığı; oxuyub-anlama mətni əsasında qapalı formalı 5 test tapşırığı; bunlardan əlavə, leksik-qrammatik bilikləri yoxlayan qapalı formalı 10 və açıq formalı 5 test tapşırığı.

      Bu il magistraturaya qəbul imtahanında xarici dil fənnindən dinləmə mətni əsasında neçə sual təqdim ediləcək? Tapşırıqlar hansı formada olacaq?

      Ötən il olduğu kimi, bu il də magistraturaya qəbul imtahanında hər bir xarici dildən bakalavrlara dinləmə mətni əsasında 5 qapalı formalı test tapşırığı təqdim ediləcək.  

      Müsabiqə zamanı bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisinin hər hansı rolu varmı?

      Magistraturaya qəbul müsabiqəsi zamanı imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün ilk növbədə ümumi orta müvəffəqiyyət göstəricisindən istifadə edilir. Daha sonra ümumi intellekt səviyyəsini yoxlayan testdən toplanılan bal və xarici dil üzrə testdən toplanılan bal nəzərə alınır. Ümumi orta müvəffəqiyyət göstəricisini elektron ərizələrində qeyd etməyən bakalavrların müvafiq göstəricisi sistemə minimal bal kimi daxil edilir.

      Magistraturaya qəbul qaydalarında edilmiş dəyişikliyin mahiyyəti nədən ibarətdir?

      “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi, magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

      Mən iki fərqli sahə üzrə bakalavr təhsili almışam. Bilmək istərdim ki, magistratura səviyyəsinə qəbul imtahanında bu diplomların hər birindən istifadə edə bilərəmmi?

      Elektron ərizə doldurarkən qeyd etdiyiniz diplomlarınızın yalnız birindən istifadə edə bilərsiniz. Magistr ixtisaslaşmalarının seçimi zamanı həmin ixtisaslaşmaların bakalavr ixtisasına uyğunluğu əsas götürüldüyündən Siz də hansı sahədə magistr təhsili alacaqsınızsa, elektron ərizənizi doldurarkən həmin sahəyə aid diplomunuzdakı məlumatları daxil etməlisiniz.    

      Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Magistr təhsilimi iqtisadiyyat sahəsi üzrə ingilis dilində almaq istəyirəm. Bu, mümkündürmü? Bunun üçün hansı tələblər qoyulur?

      Tədrisi ingilis dilində olan iqtisadiyyatyönümlü ixtisaslaşmalar üzrə plan yerləri haqqında məlumat DİM-ə daxil olduqdan sonra “Magistr” jurnalının 2020-ci il tarixli 4-cü sayında dərc ediləcək. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar imtahanda xarici dil kimi mütləq ingilis dilini seçməlidirlər. Bakalavrlar bu ixtisaslaşmalar üzrə ödənişli yerlərin müsabiqəsində iştirak etmək üçün imtahanda ingilis dilindən ən azı 15, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün isə ən azı 20 bal toplamalıdırlar.  

      Mən Bakı şəhərində daimi qeydiyyatdayam. Ancaq bakalavr təhsilimi Gəncə Dövlət Universitetində alıram. Bilmək istərdim ki, magistraturaya qəbul imtahanında imtahan verəcəyim şəhər nəyə əsasən müəyyən ediləcək?

      Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçiriləcək. Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın faktiki yaşadığı məntəqəyə görə, əgər elektron ərizədə faktiki yaşadığı ünvan göstərilməyibsə, qeydiyyatda olduğu ünvana görə təyin edilir. Odur ki, faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqli olan bakalavrlar elektron ərizələrində faktiki yaşadıqları ünvanı mütləq göstərməlidirlər.

      Bu il magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququ veriləcəkmi?

      Məlumdur ki, hazırda magistratura səviyyəsinə qəbul yalnız əyani təhsilalma forması üzrə aparılır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, magistra¬turada əyani təhsil alanlara təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir.

      Ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsiyəm. Bir neçə fəndən kəsirim var. İmtahanda iştirak edə bilərəmmi?

      Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanda iştirak edə bilərlər. Ancaq müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyat keçirilənədək akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.

      Əgər bir dövlət ali təhsil müəssisəsində MBA proqramına aid ixtisaslaşmalardan birinə daxil olsam, məcburi köçkün olduğuma görə təhsil haqqından azad oluna bilərəmmi?

      MBA proqramı da daxil olmaqla ödənişli yerlərə qəbul olan məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər təhsil haqqının ödənilməsi ilə bağlı məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə öyrənə bilərlər.    

      İmtahandan kifayət qədər bal topladığım halda müsabiqədən keçməsəm, bakalavr ixtisasıma yaxın olan digər ixtisaslaşmalar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərəmmi?

      Bakalavrlar yalnız ixtisasları üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

      Magistratura səviyyəsinə qəbul zamanı DİM ixtisaslaşma seçimi ilə əlaqədar bakalavrlar üçün hər hansı metodik vəsait hazırlayırmı?

      İxtisaslaşma seçiminə yalnız bakalavrların özləri məsuliyyət daşıdığından DİM bakalavrlar üçün tövsiyə xarakterli hər hansı vəsait hazırlamır. Lakin bakalavrlar “Magistr” jurnalının 2019-cu il tarixli 5-ci sayından bakalavrların 2019-2020-ci tədris ili üçün magistraturaya qəbul imtahanındakı nəticələri əsasında formalaşmış keçid balları haqqında məlumatı əldə edə bilərlər. Həmin jurnalın elektron versiyasını isə aşağıdakı linkdən istifadə etməklə əldə edə bilərsiniz: http://eservices.dim.gov.az/ejurnal/.

      Mən iki dəfə magistr təhsili almışam. Üçüncü dəfə magistr təhsili almağım üçün hər hansı bir maneə varmı? Bundan başqa, təhsilin bu səviyyəsinə qəbul zamanı hər hansı yaş məhdudiyyəti tətbiq olunurmu?

      Qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir. O cümlədən, bir şəxsin neçə dəfə magistr təhsili almasına da məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

      Bakalavr təhsilimi üç il əvvəl bitirmişəm və hal-hazırda özəl bir şirkətdə işləyirəm. Mənim işləyə-işləyə magistratura səviyyəsində təhsil almaq üçün ərizə qəbulunda iştirakıma və magistr təhsili almağıma məhdudiyyət varmı?

      Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı bir maneə yoxdur. Ancaq magistraturauya qəbul olduqdan sonra qeyd etdiyiniz məsələ DİM tərəfindən deyil, Sizi işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.    

      Mən Azərbaycan Dillər Universitetində ingilis dili ixtisası üzrə bakalavr təhsili almışam. Bizə ikinci xarici dil kimi fransız dili tədris olunub. Ancaq mən rus dilini də kifayət qədər yaxşı bilirəm. İmtahanda rus dilini xarici dil kimi seçə bilərəmmi?

      Azərbaycan bölməsinin məzunları qəbul imtahanında xarici dil kimi ingilis, alman, rus və fransız dillərindən birini, rus bölməsinin məzunları isə ingilis, alman və ya fransız dilini seçə bilərlər. Azərbaycan bölməsində imtahan verəcəksinizsə, rus dilini xarici dil kimi seçə bilərsiniz. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

      Mən bakalavr təhsilimi bədən tərbiyəsi və idman ixtisası üzrə almışam. Ancaq bir neçə ildir ki, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğulam. Mən jurnalistika sahəsində magistr təhsili ala bilərəmmi?
      Jurnalistika istiqamətinə daxil olan ixtisaslaşmaları ixtisasından asılı olmayaraq bütün bakalavrlar seçə bilərlər. Bundan başqa, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda etdiyi dəyişikliyə əsasən, humanitar və sosial ixtisaslar qrupuna “İdman jurnalistikası” ixtisaslaşması da əlavə edilmişdir. Əgər respublikamızın hansısa ali təhsil müəssisəsində bu ixtisaslaşma üzrə magistr hazırlığı aparılarsa, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər həmin ixtisaslaşmanı da seçə bilərlər.

      Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.

      Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
      Mən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I mərhələ) üzrə müsabiqə şərtini ödəmişəm. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün nə etməliyəm?

      İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib DİM tərəfindən müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmırlar.

      Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və baza ali tibb təhsilini Moskvada almışam. Bu il Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm?

      Siz müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri (tələb olunan sənədlərin siyahısı “Rezidentura” jurnalının 2-ci nömrəsində ərizə qəbulu elanında dərc olunur) DİM-də yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

      Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs rezidenturaya qəbulda bu qayda tətbiq edilir?

      Xeyr, namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir və səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

      “Rezidenturaya qəbul Qaydaları”nda müsabiqədə iştirakın ödənişli olması qeyd olunub. Həmin ödənişin məbləği nə qədər müəyyənləşdirilib?

      Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, rezidenturaya qəbul imtahanın I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün 60 (altmış) manat, II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün isə 100 (yüz) manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilmişdir.

      Mən Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsini bitirmişəm. Həmin universitet artıq fəaliyyət göstərmir. Diploma əlavə olan qiymət vərəqəsini haradan əldə edə bilərəm.

      Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələri tərəfindən Sizə verilməli olan hər hansı bir məlumatı əldə etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməlisiniz.

      Rezidenturaya qəbulda yaş məhdudiyyəti varmı?

      Rezidenturaya qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir.

      Rezidenturaya qəbul zamanı ixtisas seçiminin aparılması ilə bağlı hər hansı metodiki vəsait varmı?

      İxtisas seçiminə görə namizədlərin özləri məsuliyyət daşıdığı üçün DİM tərəfindən tövsiyə xarakterli hər hansı metodiki vəsait hazırlanmır. Lakin “Rezidentura” jurnalının 3-cü sayında namizədlərə ixtisas seçimini necə etmək haqqında məsləhət xarakterli məqalə və ötən il üçün rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid ballarını özündə əks etdirən material dərc edilir.

      Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə hər hansı metodiki vəsait hazırlayırmı?

      DİM-də rezidenturaya qəbul proqramları üzrə “İnsan anatomiyası” və “Bioloji kimya” fənlərindən vəsait, eləcə də “Baza fənləri üzrə test toplusu” adlı məcmuə hazırlanaraq imtahanlara müstəqil hazırlaşmaq istəyənlərə təqdim edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

      Rezidenturaya qəbul imtahanlarına hazırlaşıram. Əvvəlki illərdə “Rezidentura” jurnallarında təqdim olunmuş test tapşırıqlarının məzmunu ilə tanış olmaq istəyirəm. Bu jurnalları necə əldə edə bilərəm?
      Ötən illərdə nəşr olunmuş “Rezidentura” jurnallarının elektron versiyasını plastik kart vasitəsi ilə ödəniş etməklə DİM-in rəsmi internet saytındakı http://eservices.dim.gov.az/ejurnal/ linkindən əldə edə bilərsiniz.
      Eyni ixtisası seçmiş, ümumi balı eyni olan namizədləri bir-birindən fərqləndirmək mümkün olmadıqda hansı prinsiplə yerləşdirmə aparılır?

      Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

      Baza ali tibb təhsili zamanı aldığım qiymətlər müsabiqə nəticələrimə təsir göstərə bilərmi?
      Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
      • baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
      • ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
      Rezidenturaya qəbul imtahanlarında açıq formalı test tapşırıqlarından heç birinə cavab verməyən namizədlər ixtisas seçiminə buraxılırlarmı?

      Qəbul imtahanlarında (baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ayrı-ayrılıqda qapalı və açıq formalı test tapşırıqlarına verilən düzgün cavabların sayına görə hər hansı bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

      Rezidenturaya qəbul olmuşam, qeydiyyatdan keçmişəm. Boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilərəmmi?

      Rezidenturaya aparılan müsabiqədə iştirak edib qəbul olan namizədlər boş qalan yerlər üzrə müsabiqədə iştirak edə bilməzlər.

      Tibbi profilaktika fakültəsini bitirmişəm. Stomatologiya fakültəsinə aid ixtisasları seçməyim mümkündürmü? Bitirdikdən sonra stomatoloq işləyə bilərəmmi?

      Xeyr, hər bir namizəd yalnız bitirdiyi istiqamətə (fakültəyə) müvafiq ixtisasları seçə bilər.

      Hal-hazırda rezidentura təhsili alıram. Lakin ixtisasımı dəyişmək üçün yenidən rezidenturaya imtahan verə bilərəmmi?

      Qəbul qaydalarına əsasən rezidenturada təhsil alan şəxslər rezidenturaya qəbul imtahanında iştirak edə bilməzlər.

      Hərbi həkimlər zabitin şəxsi vəsiqəsi ilə qeydiyyatdan keçə bilərmi?

      Hərbi tibb fakültəsinin məzunları rezidenturaya sənəd verərkən zabitin şəxsi vəsiqəsindən istifadə edə bilərlər. Bunun üçün onlar  ATU-nun Hərbi tibb fakültəsinə müraciət etməlidirlər.

      Mən Azərbaycan Respublikasının vətəndaşıyam, Rusiyanın Omsk Dövlət Tibb Universitetinin pediatriya fakultəsini bitirmişəm. Xarici ölkədə təhsil almış Azərbaycan Respublikasının vətəndaşı olaraq əcnəbilər kimi rezidenturaya imtahansız, lakin ödənişli əsasl

      Xeyr, Azərbaycan Respublikasının vətəndaşları yalnız müsabiqə yolu ilə rezidenturaya qəbul ola bilərlər.

      Xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün hansı sənədləri təqdim etməlidirlər?

      Rezidenturaya qəbul qaydalarının 2.1. və 2.2. bəndlərinə (Bax: “Rezidentura” jurnalı №1) müvafiq olaraq xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün tələb olunan sənədləri mütləq təqdim etməlidirlər.

      Xaric ölkələrdə baza ali tibb təhsili alanlar üçün rezidenturaya qəbul imtahanları nə vaxt təşkil olunur?

      Əcnəbilər, vətəndaşlığı olmayanlar və xarici ölkələrdə baza ali tibb təhsili almış Azərbaycan Respublikasının vətəndaşları, eləcə də baza ali tibb təhsili olan Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturaya qəbul imtahanı və müsabiqə eyni vaxtda keçirilir.

      Rezidenturanı bitirmiş şəxslər yenidən rezidenturaya imtahan verə bilərmi?

      Rezidenturanı bitirmiş şəxslər digər bir ixtisas əldə etmək üçün yenidən rezidenturaya qəbul ola bilərlər. Lakin bu halda rezidenturada təhsil “Təhsil haqqında qanun”a müvafiq olaraq ödənişli əsaslarla həyata keçirilir. Bu zaman əvvəlki rezidentura diplomu qüvvədə qalır.

      “Yoluxucu xəstəliklər” ixtisası üzrə qəbul planı müalicə işi, pediatriya və tibbi profilaktika istiqamətləri üzrə eynidirmi? Yoxsa hər bir istiqamət üçün ayrı-ayrılıqda plan yeri nəzərdə tutulub?

      Yoluxucu xəstəliklər” ixtisası üzrə ayrılan plan yerlərinə müsabiqə bütün istiqamətlər üzrə birgə aparılır. Başqa sözlə, qəbul planı hər fakültə üzrə ayrılıqda deyil, bütün fakültələr üzrə birgə təqdim olunur. “Rezidentura” jurnalının 3-cü sayında plan yerləri cədvəli təqdim olunarkən birgə müsabiqə aparılan ixtisaslar “*-la (ulduzla)” işarələnir.

      Hazırda həkim işləyirəm. Rezidenturaya ərizə vermək üçün tutduğum vəzifədən azad olunmalıyammı?

      Müxtəlif xəstəxana və ya tibb müəssisələrində çalışan həkimlər rezidenturaya qəbul üçün ərizə verə bilər. Ərizə vermək və imtahanlarda iştirak etmək üçün tutduğunuz vəzifədən azad olunmanız tələb olunmur. Lakin rezidenturaya qəbul olduqdan sonra, tədris başlayana qədər tutduğunuz vəzifədən azad olunmalısınız.

      Kimlər rezidenturaya qəbul ola bilər?

      Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

      Boş qalan yerlərə ixtisas seçimində hansı namizədlər iştirak edə bilər?

      Boş qalan yerlər üzrə ixtisas seçimində yalnız müsabiqə şərtini ödəmiş, lakin müsabiqədən keçməmiş namizədlər iştirak edə bilər. Rezidenturaya qəbul olmuş, lakin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

      Rezidenturaya qəbul olduqdan sonra ali təhsil haqqında diplomun notarial təsdiq edilmiş surəti ilə qeydiyyatdan keçmək olarmı?

      Rezidenturaya qəbul qaydalarına əsasən hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu müvafiq quruma şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir.

      Şəxsiyyət vəsiqəmi yeniləmişəm və rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün “İmtahana buraxılış vərəqəsi”ndə isə köhnə vəsiqəmin nömrəsi qeyd olunub. Yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilərəmmi?

      Xeyr, yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilməzsiniz. Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, imtahan gününə qədər “Şəxsi kabinet”inizdə “Sənədi yenilə” düyməsindən istifadə etməklə özünüz düzəliş etməlisiniz, yaxud da yeni şəxsiyyət vəsiqəniz və onun surəti ilə DİM-ə müraciət edərək müvafiq düzəliş etdirməlisiniz. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni yenidən çap etməlisiniz.

      “Namizədin elektron ərizəsi”ni doldurarkən istifadə etdiyim parolu unutmuşam.

      Parolunuzu unutmuşsunuzsa, “Namizədin elektron ərizəsi” səhifəsində olan “İstifadəçi adı və parolu unutmuşam” və ya “Şəxsi kabinet”inizə daxil olaraq “Parolu unutmuşam” düyməsindən istifadə etməklə onu əldə edə bilərsiniz.

      Azərbaycan Tibb Universitetini bitirib rezidenturaya qəbulda müsabiqə şərtini ödəyənlər ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini qeyd edə bilərmi?

      Baza ali tibb təhsili olan hər bir namizəd öz istiqamətinə (fakültəsinə) uyğun istədiyi ixtisasları və klinik bazaları seçə bilər.

      Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları qəbul imtahanında iştirak edə biləcəklərmi?

      Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

      Buraxılış imtahanında səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərirmi?

      Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.

      Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi?

      Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.

      Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.


      Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan məktəblərin şagirdləri buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər?

      Bəli, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verəcəklər və həmin imtahandan topladıqları bal da təhsil sənədinə yazılacaq.

      IX sinif üzrə buraxılış imtahanı hansı fənlərdən keçirilir ?

      9-cu sinif şagirdləri üçün buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəkdir. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq. Qeyd edək ki, buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

      Buraxılış imtahanında aşağı nəticə göstərən IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?

      Bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.    

      Buraxılış imtahanında səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərirmi?

      Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.    

      VIII sinifdən məktəbdən çıxmışam. Birbaşa eksternat yolu ilə buraxılış imtahanı verib 11 illik attestat ala bilərəm?

      Xeyr, 11 illik təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız 9 illik təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.

      Tam orta məktəbi 2020-ci ildə bitirmişəm və buraxılış imtahanında iştirak etmişəm. Həmin nəticə ilə 2021-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərəmmi?
      Qeyd olunduğu kimi, həm IX, həm də XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2020-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər bu il imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
      2021-ci ildə peşə liseyini bitirən və buraxılış imtahanında iştirak edən abituriyentlər V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlərmi?

      Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.

      Orta məktəbi cari ildə Azərbaycan bölməsi üzrə bitirirəm. Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak edə bilərəm?

      Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən əlavə imtahan verməlidirlər.

      IX sinfi əvvəlki illərdə bitirən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı hansı qaydada həyata keçirilir?

      Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər. Qəbul imtahanını rus dilində verən abituriyentlər (2020-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.


      9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlər necə nəzərə alınır?
      Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
      Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir. 
      • attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; 
      • qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı. 
      Orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir?

      Ümumi (9-illik) və tam (11 illik) orta  təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat  və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 

      Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər. 

      Mənim 16 yaşım tamam olmayıb. Şəxsiyyət vəsiqəsi olmadan sınaq imtahanında iştirak edə bilərəmmi?

      Sınaq imtahanına yazılış yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Müvafiq qanunvericiliyə əsasən bütün vətəndaşlar şəxsiyyət vəsiqəsi (16 yaşı tamam olmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi) ala bilərlər .

      Xarici ölkə vətəndaşları sınaq imtahanlarında iştirak etmək üçün necə və hansı sənədlərlə qeydiyyatdan keçməlidirlər?

      Sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat şəxsiyyət vəsiqəsindən istifadə etməklə internet vasitəsilə aparılır. Xarici ölkə vətəndaşları Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən MYİ və ya DYİ seriyalı icazə vəsiqəsindən istifadə etməklə sınaq imtahanına yazıla bilərlər. 

      SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?

      “ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır: 
      1. DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələri vasitəsilə; 
      2. Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə. 

       “ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1000 bal toplayan (esse tələb olunmur), həmçinin ya IELTS Academic üzrə minimum 5.5, ya IBT üzrə minimum 62, ya PTE üzrə minimum 42 və ya Duolingo English Test üzrə minimum 90 balı olan abituriyentlər də buraxılacaqlar. Qeyd olunan şərtləri ödəyən abituriyentlər iyun ayının 5-dək “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldururlar, həmçinin iyunun ayının 30-dək SAT və IELTS Academic (və ya IBT, yaxud digər tələb olunan) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər. 

      “ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olunmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.

      “ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

      SAT imtahanının nəticəsi ilə müraciət edənlər üçün müəyyən olunmuş tələblər (son tarix 30 iyun 2020-ci  ildir):

      • ərizə qəbulu müddətində (iyun ayının 5-dək) “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT imtahanı balı haqqında məlumatı iyun ayının 30-dək DİM-ə təqdim etmək; 
      • SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərmək;

      • “ADA” Universitetinin elektron ərizə formasını doldurmaq. Elektron ərizə forması üçün keçid: www.ada.edu.az/apply;
      • IELTS və ya TOEFL imtahanının nəticəsini "ADA"-nın elektron ərizə formasına yükləmək (nəticələrin göndərilməsi üçün kod 2093). 
      • “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak etmək. Müsahibə iyun ayında sənəd qəbulu prosesi bitdikdən sonra keçiriləcəkdir.
      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Sual ver
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1138,  Mikayıl Müşfiq küçəsi, 1M
      © 2021 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube