Məlum olduğu kimi, 2020-ci il 10 dekabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 54 dövlət orqanında 243 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilmişdir.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilmişdir.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 11 yanvar 2021-ci il saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.