“Jurnalistika” ixtisasına qəbul olmaq üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlandı

Line Spacing+- AFont Size+- Çap
30.07.2017
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün iyulun 29-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.
Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.
İmtahanda iştirak etmək hüququ qazanmış 411 abituriyentdən 65 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 346 abituriyentdən 287 nəfəri məqbul qiymət alıb. 2 abituriyentin nəticəsi inşada özünü tanıtma ilə bağlı məlumatlar yazdığı üçün ləğv olunub.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
DİM-də abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 2-də (saat 10:00-dan 17:00-dək) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 31 iyul və avqustun 1-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, Apelyasiya Komissiyası DİM-in A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaqdır.