Dövlət İmtahan Mərkəzinin əməkdaşları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişlər

Line Spacing+- AFont Size+- Çap
11.10.2017

Oktyabr ayının 2-dən 6-dək Gürcüstanın Batumi şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) 43-cü illik konfransı keçirilmişdir.

Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları Tural Mustafayev, İlqar Mahmudov, Aydın Qasımov, Elmir Şirinov və Sərxan Quliyev “İmtahan materiallarının avtomatlaşdırılmış çap sistemi”, “9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanının yazı işlərinin qiymətləndirilməsi prosesinin texnoloji dövrü” və “Cavab vərəqələrinin skan edilməsi və məlumatların  emalı prosesi: Proqram təminatı və Dəqiqlik”) mövzularında təqdimatlarla çıxış etmişlər.

Əsas mövzusu “Qiymətləndirmə sosial ling kimi” olan konfransın əsas məqsədi qiymətləndirmənin sosial ədalətin və eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsindəki rolunun araşdırılması olmuşdur. Konfransda 40-a yaxın ölkədən 300-ə qədər nümayəndə iştirak etmişdir və 100-dən çox məruzə dinlənilmişdir.

Konfrans haqqında geniş məlumat əldə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://iaea2017.org/