Gəncə və Bərdə şəhərlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Şagird-məzun” elektron informasiya sistemi üzrə təlimatla bağlı seminar-treninqlər keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
Gəncə və Bərdə şəhərlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Şagird-məzun” elektron informasiya sistemi üzrə təlimatla bağlı seminar-treninqlər keçirilmişdir
08.11.2017

2-3 noyabr 2017-ci il tarixlərdə Gəncə və Bərdə şəhərlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Şagird-məzun” elektron informasiya sistemi üzrə təlimatla bağlı seminar-treninqlər keçirilmişdir. Treninqlərdə Gəncə şəhəri üzrə  Təhsil İdarəsinin, Naftalan şəhər Təhsil şöbəsinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər, Xocalı, Ağcabədi, Bərdə, Fizuli, Tərtər, Beyləqan, Ağdam, Yevlax, Laçın, Xocavənd rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, həmçinin, Gəncə şəhəri və Bərdə rayonunun ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak etmişlər. Keçirilmiş tədbirlərdə “Şagird-məzun” elektron informasiya sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.