DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” Azərbaycan təşkilatının rəhbəri Elizabet Vayt arasında görüş keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” Azərbaycan təşkilatının rəhbəri Elizabet Vayt arasında görüş keçirilmişdir
12.05.2017

11 may 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt arasında növbəti görüş keçirilmişdir.  Görüş zamanı 2016-cı ildə Dövlət İmtahan Mərkəzi və “British Council” təşkilatı arasında imzalanan Niyyət Məktubuna əsasən tərəflər arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi üzrə əməkdaşlığın növbəti mərhələləri müzakirə edilmişdir.

Müzakirələrə əsasən, magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, orta ümumtəhsil müəssisələrində tətbiq olunan yeni tədris proqramlarına (kurikuluma) əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, həmçinin DİM-in keçirdiyi test imtahanlarında istifadə olunan ingilis dili bölməsinin beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək üçün layihə üzrə gələcək fəaliyyət planı tərtib olunmuşdur.