Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişikliklər edilmişdir

Line Spacing+- AFont Size+- Çap
15.07.2017

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2017-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilmişdir:

1.  1.1-ci yarımbənddə “ali və orta ixtisas təhsili müəssisələrinə”  sözlərindən sonra “, bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri əlavə edilsin;

2.  2.1.2-ci yarımbənddə “səviyyələrinə,” sözündən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına,” sözləri əlavə edilsin;

3.  2.1.3-cü yarımbənddə “keçid ballarını,” sözlərindən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını,” sözləri əlavə edilsin;

4. aşağıdakı məzmunda 2.1.3-1-ci yarımbənd əlavə edilsin:

“2.1.3-1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”;

5.  3.1.10-cu yarımbənddə “keçirmək” sözündən sonra “, ödənişli elektron xidmətlər göstərmək” sözləri əlavə edilsin;

6. aşağıdakı məzmunda 3.1.10-1-ci yarımbənd əlavə edilsin:

“3.1.10-1. təsərrüfat cəmiyyətləri yaratmaq;”.

Beləliklə, dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı “bakalavriat səviyyəsində hazırlıq qruplarına” da , mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək. DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi ilə buradan tanış olar bilərsiniz.