Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

Line Spacing+- AFont Size+- Çap
21.07.2017

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyul 2017-ci il tarixdən 8 dövlət orqanında 41 vakant vəzifənin tutulması üçün ümumi müsahibə  elan edilmişdir. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 38-i mərkəzi icra hakimiyyəti orqanlarının (Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi) aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini 24 iyul 2017-ci il tarixdən 14 avqust 2017-ci il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.