Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşlarla görüş keçirəcəkdir

Line Spacing+- AFont Size+- Çap
10.08.2017

Ağdaş rayonunda keçiriləcək görüşdə Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy  rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Ağdaş  rayonunda qəbul  avqust ayının 18-də  saat 11:00-da  Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində   (Ünvan: Ağdaş ş., H.Əliyev meydanı, 1 ) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə  (ünvan: Göyçay ş., R. İsayev k., 43,  əlaqə telefonu: (020) 274 66 74)) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, görüş üçün Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon  Təhsil Şöbələrində də avqustun 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.