Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı keçirilir

Line Spacing+- AFont Size+- Çap
05.10.2017

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir. İmtahan saat 10:00-da başlayıb və 3 saat müddətində aparılacaqdır. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

İmtahanların gedişini internet vasitəsilə də izləmək mümkündür. Bunun üçün  http://94.20.63.11:1991 ünvanına daxil olub istifadəçi adı yerinə operator, şifrə yerinə isə user12345 yazmaq lazımdır. Qeyd edək ki, brauzer kimi yalnız İnternet Explorer proqramından istifade etməlisiniz.

Video müşahidə yalnız imtahan saatlarında mümkün olacaqdır (10:00-dan  13:00-a qeder).