DİM “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının 1-ci nömrəsini çap etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının  1-ci nömrəsini çap etmişdir
14.11.2017

“DÖVLƏT QULLUĞU” jurnalının 1‑ci nömrəsində “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması QAYDASI”, “Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü)vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat  ELANI”, “Fənlər üzrə test imtahanı mərhələsi üçün qəbul proqramları”, “Dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları, altqrupları, təsnifatları, adları və vəzifələrin aid olduğu dövlət orqanları”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/.)