Kotirovka sorğusu - Bildiriş

Line Spacing+- AFont Size+- Çap
06.12.2017

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs mövcud çap və komplektləşdirmə texnoloji xətlər üçün qara rəngli tonerin satınalınması məqsədilə kotirovka sorğusu həyata keçirir. Maraqlanan təşkilatlar 502-47-53/56/58 (daxili 144) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər:

  • Nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
  • Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
  • Kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə)
  • Vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün)

Sənədlər 11 dekabr  2017-ci il saat 15:00-dək qəbul olunur.

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M.

Email: i.aliyev@dim.gov.az