Xəbərlər
TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir
DİM tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı* keçiriləcək
Dövlət İmtahan Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs 2016-2017-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin satın alınması ilə əlaqədar kotirovka sorğusu həyata keçirir.
DİM tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I - IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunmuşdur.
DİM 2018-cı ildə keçirilən imtahanlarda nəzarətçi kimi iştirak edəcək yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs müxtəlif ofis avadanlıqlarının və katriclərin satın alınması ilə əlaqədar açıq tender elan edir
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 14:40-dan etibarən elan edib.