Xəbərlər
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 noyabr 2017-ci il tarixində növbəti iclası keçirilmişdir.
Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 29 noyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
2017-ci il 27 noyabrda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri – səfir Kestutis Yankauskas arasında DİM-in inzibati binasında ikitərəfli görüş keçirilmişdir.
2017-ci il 27 noyabrda Dövlət İmtahan Mərkəzi, ADA Universiteti və Sinqapurun Li Kuan Yu adına İctimai Siyasət Məktəbinin (LKY) Mərkəzi Asiya və Qafqaz üzrə Məzunlar Birliyinin birgə təşəbbüsü ilə Sinqapur Milli Universitetinin nəzdində fəaliyyət göstərən Lİ Kuan Yu İctimai Siyasət Məktəbi haqqında təqdimat keçirilmişdir.
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair Dövlət İmtahan Mərkəzinin Neftçala şəhərində keçirəcəyi seminarların proqramı:
Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2017-ci il noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzində ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodiki seminarlar qrafikə uyğun olaraq fəaliyyətini davam etdirir.
Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
Dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunmuşdur. İnzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub.