DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib

Line Spacing+- AFont Size+- Çap
04.06.2017

Dövlət İmtahan Mərkəzi (DİM)  2017-ci il iyunun 04-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan mərkəzində aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

İyunun 5-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.