Magistraturaya qəbul imtahanının ikinci mərhələsi üzrə müraciətlərə baxılması üçün DİM tərəfindən yaradılmış Apelyasiya Komissiyası öz işini yekunlaşdırmışdır

Line Spacing+- AFont Size+- Çap
13.06.2017
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi üzrə müraciətlərə baxılması üçün DİM tərəfindən yaradılmış Apelyasiya Komissiyası öz işini yekunlaşdırmışdır. Komissiyada qəbul imtahanının ikinci mərhələsi üzrə müsabiqə şərtlərinin aşağı salınması və tədris dili imtahan verilən dildən fərqli ixtisasların seçilməsinə icazə verilməsi ilə əlaqədar daxil olan çoxsaylı müraciətlərə baxılmış, lakin qəbul imtahanının ikinci mərhələsi üzrə müsabiqə şərtlərinin aşağı salınması və tədris dili imtahan verilən dildən fərqli ixtisasların seçilməsinə icazə verilməsi məqsədəuyğun hesab edilməmişdir. Açıq formalı test tapşırıqlarının cavabını kodlaşdırarkən texniki qüsurlara yol vermiş bakalavrların, yazılı imtahan verib markerlər tərəfindən verilən qiymətindən narazı olanların, həmçinin  bakalavrların bəzi test tapşırıqlarının məzmunu ilə bağlı Komissiyaya daxil olan müraciətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.