Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14-də başa çatır!

Line Spacing+- AFont Size+- Çap
13.07.2017

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcəkdir. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.