İmtahan haqqında
ICDL imtahanları 3 kateqoriyalı modullardan ibarətdir:
ICDL Workforce |
ICDL Professional |
ICDL Insights |
Application Essentials Computer and Online Essentials Documents Spreadsheets Presentation Teamwork Cyber Security Data Protection Remote Work |
Presentation (Advanced) Documents (Advanced) Web Editing 2D Design 3D Design Image Editing Digital Marketing Project Planning E-Commerce Management Spreadsheets Financial Spreadsheets Data Analytics Coding Principles Using Databases Databases (Advanced) ICT in Education |
Cloud Computing Big Data Artificial Intelligence Internet of Things |
ICDL-in yuxarıda qeyd olunan modulları üzərindəki keçidə keçməklə müvafiq modullara daxil olub, onlar barədə məlumat əldə etmək mümkündür.
- İmtahan modullarının hər biri üçün minimum keçid faizi 75 faiz təşkil edir.
- Hər bir imtahan modulu üçün müddət 45 dəqiqədir.
ICDL imtahanları kompüter əsaslıdır və namizədlər imtahanda iştirak etmək üçün DİM-in test mərkəzinə gəlməklə kompüter üzərindən verməlidirlər.
ICDL test mərkəzinin ünvanı: Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Asiya Universitetinin binası, Papanin körpüsünün yaxınlığı).
İmtahanların qiyməti
ICDL beynəlxalq imtahanının qiyməti bütün modular üzrə eyni qiymətlə təklif olunur. Aşağıdakı cədvəl imtahanların qiymətinə dair məlumatı əks etdirir (ƏDV daxil).
ICDL proqramları |
Məbləğ (AZN) |
Workforce modules | 100 |
Professional modules | 100 |
Insights modules | 100 |
İmtahan günləri
İmtahanın adı | Gün | Saat |
ICDL | Çərşənbə | 09:00-13:00 |
Cümə | 14:00-17:00 |
ICDL Sertifikatı
Namizədlər müvafiq modul imtahanının nəticəsini öz imtahan profillərində görə bilir, eyni zamanda imtahanı uğurla keçmiş namizədlər rəsmi sertifikatlarının pdf versiyalarını profildən əldə edə, həmçinin Linkedin platformasına birbaşa keçid edərək sertifikatlarını paylaşa bilərlər. Qeyd edək ki, namizədin seçimindən asılı olaraq, ICDL-in rəsmi sertifikatı mərkəz tərəfindən poçtla göndərilir..
Qeydiyyat prosesi
İmtahanda iştirak etmək üçün qeydiyyat linki:https://eservices.dim.gov.az/iexams/az/login.aspx
Hazırlıq materialları
Namizəd ICDL-in rəsmi e-kitab və praktiki materialları, həmçinin diaqnostik test imkanını qeydiyyatdan keçdikdən sonra Skillsbox Test adlı sistem vasitəsilə əldə edə bilər.
DİM tərəfindən keçirilən ICDL imtahanına qeydiyyat, imtahanın keçirilmə qaydaları və nəticələrin öyrənilməsinə dair sual və ya təkliflər ilə bağlı müraciət etmək üçün əlaqə vasitələri: