ACCA imtahanlarının namizədlər üçün mövcud üstünlükləri:
- İmtahan nəticələrinin dərhal verilməsi;
- İmtahanlar üzrə keçid balının 50% olması;
- Karyeranızı inkişaf etdirmək və yüksək maaşlı iş imkanı;
- Beynəlxalq şirkətlərdə işləmək imkanı.
İmtahanların qiyməti
ACCA imtahanlarının qiyməti seçilən imtahan səviyyəsindən asılı olaraq dəyişir. Aşağıdakı cədvəldən imtahanların qiymətinə dair məlumat əldə edilə bilər:
Kompüter əsaslı imtahanlar:
Mühasibat Uçotunun əsasları üzrə proqramlar |
Funt sterlinq |
AZN |
FA1 Maliyyə əməliyyatlarının qeydiyyatının aparılması |
105.40 |
235.00 |
MA1 İdarəetmə məlumatları |
105.40 |
235.00 |
FA2 Maliyyə qeydlərinin aparılması |
105.40 |
235.00 |
MA2 Xərclərin və maliyyənin idarə edilməsi |
105.40 |
235.00 |
FBT Biznes və Texnologiya |
105.40 |
235.00 |
FMA İdarəetmə uçotu |
105.40 |
235.00 |
FFA Maliyyə uçotu |
105.40 |
235.00 |
ACCA kvalifikasiyası |
|
|
BT Biznes və Texnologiya |
105.40 |
235.00 |
MA İdarəetmə uçotu |
105.40 |
235.00 |
FA Maliyyə uçotu |
105.40 |
235.00 |
LW ENG & GLO Korporativ və biznes hüququ |
127.80 |
285.00 |
İmtahan nəticəsi və sertifikat
Namizəd kompüter əsaslı imtahanı bitirdikdən dərhal sonra imtahan nəticəsini və kvalifikasiya üzrə sertifikatını görə bilər.
ACCA-ə tam-hüquqlu üzv olmaq üçün 7 il ərzində bütün ACCA imtahanlarını (11 imtahan) vermək tələb olunur.
İmtahanlara hazırlaşmaq üçün onlayn resurslar
ACCA imtahanlarına dair hazırlıq materiallarını buradan əldə etmək mümkündür, həmçinin FA1 və ya MA1 imtahanlarına hazırlaşmağa yeni başlayanlar üçün pulsuz onlayn kurslar təqdim olunur.
İmtahan günləri
İmtahanın adı |
Gün |
Saat |
ACCA imtahanları |
Hər həftənin II günü Hər həftənin IV günü |
10:00–13:30 10:00-18.00 |
Əlaqə məlumatları
DİM tərəfindən keçirilən ACCA imtahanına qeydiyyat, imtahanın keçirilmə qaydalarının öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün qeyd olunmuş əlaqə vasitələrinə müraciət etmək mümkündür: