İmtahanda iştirak etmək üçün qeydiyyat linki:
https://eservices.dim.gov.az/iexams/az/login.aspx
İmtahana qeydiyyat onlayn şəkildə ETS-in internet səhifəsində yaradılmış şəxsi hesab vasitəsilə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) GRE® -nin məlumat sistemində SEC STN15430A kodu ilə qeydiyyata alınmışdır. GRE® imtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı DİM test mərkəzini həmin kod vasitəsilə seçə bilərlər.
Qeydiyyat tarixi imtahana 1 həftə qalmış bağlanır.
Kompüter əsaslı GRE imtahanını 21 gündə bir dəfə, davamlı 12 aylıq dövrdə (365 gün) 5 dəfəyə qədər verə bilərsiniz. Əvvəlki test ballarınızı ləğv etsəniz belə, bu qayda tətbiq olunur.
Ödəniş
İmtahanda iştirak etmək üçün ödəniş haqqı 220 ABŞ dollarıdır. Seçdiyiniz dörd ali məktəbə imtahan nəticələrinizi göndərmək bu ödənişə daxildir.
2023-cü ildə GRE imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə saat 09:00-da keçirilməsi nəzərdə tutulur:
-
12.01.2023
-
26.01.2023
-
07.02.2023
-
14.02.2023
-
09.03.2023
-
28.03.2023
-
-
13.04.2023
-
19.04.2023
-
15.05.2023
-
24.05.2023
-
08.06.2023
-
20.06.2023
-
06.07.2023
-
25.07.2023
-
02.08.2023
-
18.08.2023
-
02.09.2023
-
19.09.2023
-
08.10.2023
-
27.10.2023
-
14.11.2023
-
25.11.2023
-
10.12.2023
-
21.12.2023
-
İmtahan günü
Binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənəd– pasportu göstərmək mütləqdir.
İmtahanda riyazi məntiq bölməsində ekranda göstərilən kalkulyatordan istifadə edə bilərsiniz. Şəxsi hesablayıcıların imtahan otağına gətirilməsinə icazə verilmir.
Fasilə
GRE: ümumi test zamanı iştirakçılara testin üçüncü hissəsindən sonra 10 dəqiqəlik və digər test hissələrinin arasında 1 dəqiqəlik fasilə verilir.
Nəticələr
Kompüter-əsaslı ümumi GRE imtahanının rəsmi nəticələri imtahan günündən təxminən 10-15 gün sonra imtahan verənlərin ETS-in internet səhifəsindəki şəxsi hesabında açıqlanır.
Bölmə
|
Nəticələr şkalası
|
Verbal məntiq
|
130–170, 1 bal
|
Riyazi məntiq
|
130–170, 1 bal
|
Analitik yazı
|
0–6, yarım bal
|
İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunur.
DİM tərəfindən keçirilən GRE imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: international@dim.gov.az