• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      https://e-psixoloq.az
      • Baş səhifə
      • Activities
      • Qəbul və imtahanlar
      • Qabiliyyət imtahanları

      Qabiliyyət imtahanları

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət

      Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir.
      Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 6 istiqamətə daxildir.

      Ətraflı
      Описание

      1. Təsviri sənət 

      2. Musiqi sənəti 

      3. Memarlıq

      4. Teatr, kino və xoreoqrafiya sənəti 

      5. Bədən tərbiyəsi və idman 

      6. Jurnalistika

      Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası I ixtisas qrupuna daxildir. 

      V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 

      I ixtisas qrupuna daxil olan memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər. 

      Jurnalistika istiqamətinin ixtisası isə III ixtisas qrupuna daxildir. Jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Test imtahanının nəticəsindən asılı olaraq qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyent bu ixtisas üzrə müsabiqədə iştirak edə bilir.

      Bundan əlavə, heç bir istiqamətə daxil olmayan, qəbul üçün xüsusi tələblərin qoyulduğu islamşünaslıq ixtisası da III ixtisas qrupuna daxildir. İslamşünaslıq ixtisası üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent əvvəlcə III ixtisas qrupu üzrə qəbul imtahanı verir, müsabiqə şərtini ödədiyi təqdirdə Dini-Psixoloji Komissiyada müsahibədə iştirak edir. Müsahibədən məqbul qiymət alan abituriyent islamşünaslıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanır.

      Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. 

      Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri (və ya ikisi) üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən) orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. 

      Ali təhsil müəssisələrinə keçirilən qabiliyyət imtahanları haqqında ərtaflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilir.

      Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 4 istiqamətə daxildir. 
      – Təsviri sənət 
      – Musiqi sənəti 
      – Teatr, kino və xoreoqrafiya sənəti 
      – Bədən tərbiyəsi və idman 

      Orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 

      Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq komissiyalar üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. 

      Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir. 

      Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 4 istiqamətə daxildir. 
      – Təsviri sənət 
      – Musiqi sənəti 
      – Teatr, kino və xoreoqrafiya sənəti 
      – Bədən tərbiyəsi və idman 

      Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq komissiyalar üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. 

      Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

      Orta ixtisas təhsili müəssisələrinə keçirilən qabiliyyət imtahanları haqqında ərtaflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilir.

      • Xəbərlər
      • Faydalı
      • E-xidmətlər
      • Təqvim
      • FAQ
      Xəbərlər
      15 mart tarixində musiqi sənəti istiqaməti üzrə zal nəzarətçilərinin müsahibə-təlim  mərhələsi keçirilib
      15.03.2023 Qabiliyyət imtahanları
      15 mart tarixində musiqi sənəti istiqaməti üzrə zal nəzarətçilərinin müsahibə-təlim mərhələsi keçirilib

      Dövlət İmtahan Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və respublika idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib
      14.03.2023 Qabiliyyət imtahanları
      Dövlət İmtahan Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və respublika idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib

      Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirakı nəzərdə tutulan zal nəzarətçilərinə təlim keçirilib
      10.03.2023 Qabiliyyət imtahanları
      Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirakı nəzərdə tutulan zal nəzarətçilərinə təlim keçirilib

      Musiqi sənəti istiqaməti üzrə zal nəzarətçilərin təlim və müsahibə mərhələləri davam edir
      03.03.2023 Qabiliyyət imtahanları
      Musiqi sənəti istiqaməti üzrə zal nəzarətçilərin təlim və müsahibə mərhələləri davam edir

      Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib
      01.03.2023 Qabiliyyət imtahanları
      Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib

      1 mart 2023-cü il tarixində bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edəcək nəzarətçilər üçün təlim keçirilib
      01.03.2023 Qabiliyyət imtahanları
      1 mart 2023-cü il tarixində bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edəcək nəzarətçilər üçün təlim keçirilib

      Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək
      24.02.2023 Qabiliyyət imtahanları
      Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək

      DİM musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında zal nəzarətçisi qismində iştirak etmək istəyənləri əməkdaşlığa dəvət edir
      24.02.2023 Qabiliyyət imtahanları
      DİM musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında zal nəzarətçisi qismində iştirak etmək istəyənləri əməkdaşlığa dəvət edir

      Dövlət İmtahan Mərkəzinin Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur

      Qabiliyyət imtahanlarında iştirakı nəzərdə tutulan zal nəzarətçilərinin seçilməsi məqsədilə müsahibə keçirilib
      22.02.2023 Qabiliyyət imtahanları
      Qabiliyyət imtahanlarında iştirakı nəzərdə tutulan zal nəzarətçilərinin seçilməsi məqsədilə müsahibə keçirilib

      Dövlət İmtahan Mərkəzi musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterləri əməkdaşlığa dəvət edir
      08.02.2023 Qabiliyyət imtahanları
      Dövlət İmtahan Mərkəzi musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterləri əməkdaşlığa dəvət edir
      Faydalı
      İstiqamətlər üzrə qabiliyyət tələb edən ixtisasların plan yerləri və məqbul qiymət alan abituriyentlərin müqayisəli təhlili (2021-2022-ci illər)

      16.08.2022 Digər sənədlər 247.4 Кб Baxılıb: 355
      2022/2023-cü tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

      31.05.2021 Digər sənədlər 109.2 Кб Baxılıb: 675
      Ümumi fiziki hazırlıq imtahanının normativləri

      19.06.2019 Digər sənədlər 354.4 Кб Baxılıb: 564
      Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün  BƏLƏDÇİ

      12.01.2023 Baxılıb: 28
      Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair kitablar

      27.11.2017 Baxılıb: 1180
      E-xidmətlər
      Qabiliyyət imtahanının nəticələri
      Memarlıq imtahanının nəticəsi (I qrup)
      https://eservices.dim.gov.az/qabiliyyet
      Qabiliyyət imtahanı

      Ümumi (9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına abituriyentlərin onlayn qeydiyyatı

      https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov
      Qabiliyyət imtahanları
      Qabiliyyət imtahanının nəticəsi (V qrup və 11 illik kollec)
      https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov
      Jurnalistika imtahanının nəticəsi

      Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələrinin internet vasitəsilə verilməsi

      https://eservices.dim.gov.az/2022/netbakjur/?frm=egov

      Təqvim
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup üzrə)
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup üzrə)

      Keçirilib Başlanğıc tarixi:  06.07.2018 Bitmə tarixi:  16.07.2018 Qeydiyyat Qabiliyyət imtahanları
      Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

      Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat
      Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  06.07.2018 Bitmə tarixi:  16.07.2018 Qeydiyyat Orta ixtisas təhsili müəssisələri
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup üzrə)
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup üzrə)

      Keçirilib Başlanğıc tarixi:  21.07.2018 Bitmə tarixi:  24.07.2018 Qeydiyyat Bakalavriat
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (V qrup üzrə)
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (V qrup üzrə)

      Keçirilib Başlanğıc tarixi:  23.07.2018 Bitmə tarixi:  09.08.2018 İmtahan Qabiliyyət imtahanları
      Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı
      Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  23.07.2018 Bitmə tarixi:  03.08.2018 İmtahan Qabiliyyət imtahanları
      Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı
      Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  30.07.2018 Bitmə tarixi:  03.08.2018 İmtahan Qabiliyyət imtahanları
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I qrup üzrə)
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I qrup üzrə)

      Keçirilib Başlanğıc tarixi:  31.07.2018 Bitmə tarixi:  02.08.2018 İmtahan Qabiliyyət imtahanları
      Bakı İslam Universitetinin Dinşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı
      Bakı İslam Universitetinin Dinşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  01.08.2018 Bitmə tarixi:  06.08.2018 İmtahan Bakalavriat
      Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı
      Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  06.08.2018 İmtahan Qabiliyyət imtahanları
      Bakı İslam Universitetinin Dinşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı (boş qalan yerlərə)
      Bakı İslam Universitetinin Dinşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı (boş qalan yerlərə)

      Keçirilib Başlanğıc tarixi:  17.08.2018 Bitmə tarixi:  20.08.2018 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə)

      Keçirilib Başlanğıc tarixi:  20.06.2019 Bitmə tarixi:  28.06.2019 Ərizə qəbulu Bakalavriat
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup üzrə)
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup üzrə)

      Keçirilib Başlanğıc tarixi:  08.07.2019 Bitmə tarixi:  13.07.2019 Ərizə qəbulu Bakalavriat
      Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı
      Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

      Keçirilib Başlanğıc tarixi:  12.07.2019 Bitmə tarixi:  04.08.2019 İmtahan Orta ixtisas təhsili müəssisələri
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I qrup üzrə)
      Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I qrup üzrə)

      Keçirilib Başlanğıc tarixi:  19.07.2019 Bitmə tarixi:  23.07.2019 İmtahan Bakalavriat
      FAQ
      Ali və ya orta ixtisas təhsili müəssisələrinin XQTİ-lər üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər qabiliyyət imtahanı üçün əlavə qeydiyyatdan keçməlidirlər?
      Bəli, XQTİ lər üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları mü¬vafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər im¬ta¬hanların nəticəsi elan olunduqdan sonra müəyyən olunmuş müddətdə DİM-in inter¬net səhi¬fə¬sinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya(lar) üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanına buraxılmırlar.
      “Abituriyent” jurnalında bir və iki ulduz işarəsi ilə göstərilən xüsusi qabiliyyət tələb edən ixtisasların fərqi nədir?
      Bir ulduz (*) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz (**) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ lər) üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı, balla qiymətləndirilən XQTİ lər üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı əsasında aparılır.
      Qabiliyyət imtahanları haqqında məlumatları haradan almalıyıq?
      Xüsusi qabiliyyət imtahanları haqqında məlumatları DİM-in rəsmi internet saytında yerləşdirilmiş Bələdçi-dən, qeyd olunan saytın xəbərlər bölməsindən və “Xüsusi qabiliyyət imtahanları” jurnallarından almaq olar.
      Qabiliyyət imtahanına kimləri ekspert kimi cəlb edirsiniz?
      Xüsusi qabiliyyət imtahanlarına ekspert kimi cəlb edilən mütəxəssislər ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq sahə üzrə mütəxəssisləri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan qurumların mütəxəssisləridir.
      Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün qabiliyyət imtahanları tarixləri haqqında məlumatlar verə bilərsinizmi?
      Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanları 17 iyun tarixindən etibarən başlayıb. İmtahanlar 5 avqust tarixinədək davam edəcək. Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının 30 iyun tarixindən başlayıb 29 iyul tarixinədək davam etməsi nəzərdə tutulub.
      Orta ixtisas müəssisələri üçün yaradılan komissiyalarda bu il hansı dəyişikliklər var?
      Bu il orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yaradılan Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyalarında bir sıra dəyişiklik edilib. İxtisaslaşmış orta ixtisas təhsil müəssisələrinə aid olan ayrıca komissiyalar yaradılıb. Bunlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin komissiyalarıdır. Qeyd edək ki, bu komissiyalar üzrə məqbul qiymət almaq istəyənlər imtahandan 7 bal toplamalıdırlar. Digər komissiyalar üzrə məqbul qiymət almaq üçün  abituriyentlər 10 ballıq şkala üzrə 5 bal toplamalıdırlar.
      Hansı hallarda bir komissiya üzrə qabiliyyət imtahanının nəticəsi digər komissiyaya şamil olunur?
      Bir komissiya üzrə imtahan nəticəsinin digərinə aid edilməsi yalnız abituriyentin hər iki komissiya üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Bu zaman proqramı daha mürəkkəb olan komissiyaların imtahan nəticələri proqramı sadə olan (lakin imtahanı hələ keçirilməmiş) komissiyalara şamil edilir. Məsələn: “Məşqçilik” komissiyası üzrə imtahandan məqbul alan abituriyentlərin nəticəsi “Fiziki tərbiyə müəllimliyi” komissiyasına və ya “Dizayn” komissiyasından imtahan nəticəsi “Təsviri incəsənət müəllimliyi” komissiyasına da şamil olunur. Qeyd edək ki, şamil olunmanın geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha əvvəl, keçirilən imtahanlara şamil oluna bilməz.
      Fortepiano aləti üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün məşq günləri olacaqmı?
      Fortepiano aləti üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün məşq günləri 28 və 29 iyun tarixlərində Bülbül adına orta ixtisas musiqi məktəbində nəzərdə tutulmuşdur.
      Hansı ixtisaslara qəbul üçün abituriyentlər 1-dən artıq imtahan verməlidir?
      Ali məktəblərə qəbul üçün fəaliyyət göstərən Rəngkarlıq, Dekorativ tətbiqi sənət, Qrafika, Heykəltəraşlıq komissiyaları üzrə abituriyentlər iki qabiliyyət imtahanı fənni üzrə imtahan verməlidirlər.
      Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan təşkilində hansı yeniliklər var?
      Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan təşkilindəkı yeniliklərdən biri odur ki, bu il imtahanlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunur. Digər bir yenilik isə abituriyentlərin  hansı komissiya üzrə qeydiyyatdan keçməklərinə baxmayaraq onlara daha yaxın stadionda imtahan verməkləridir.

      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları

      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus