• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      https://e-psixoloq.az
      • Baş səhifə
      • Activities
      • Digər
      • Monitorinq imtahanları

      Monitorinq imtahanları

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət
      “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yekun qiymətləndirmənin (attestasiyasının) təşkili məqsədilə Respublikanın ümumtəhsil müəssislərinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunmuşdur.

      TQDK fərmanın icrasını təmin etmək üçün 2013-cü ildə V sinif şagirdləri arasında, 2014-cü ildə V və VI sinif şagirdləri arasında ana dili (Azərbaycan bölməsi şagirdləri üçün Azərbaycan dili, rus bölməsi şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə monitorinq imtahanları keçirmişdir. İmtahanlarda şagirdlərə açıq tipli tapşırıqlar təqdim olunmuş və onlar bu tapşırıqlar üzrə yazı işləri yerinə yetirmişlər.
      Ətraflı
      Описание
      “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yekun qiymətləndirmənin (attestasiyasının) təşkili məqsədilə Respublikanın ümumtəhsil müəssislərinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunmuşdur. TQDK fərmanın icrasını təmin etmək üçün 2013-cü ildə V sinif şagirdləri arasında, 2014-cü ildə V və VI sinif şagirdləri arasında ana dili (Azərbaycan bölməsi şagirdləri üçün Azərbaycan dili, rus bölməsi şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə monitorinq imtahanları keçirmişdir. İmtahanlarda şagirdlərə açıq tipli tapşırıqlar təqdim olunmuş və onlar bu tapşırıqlar üzrə yazı işləri yerinə yetirmişlər. 

      Məlum olduğu kimi, müasir dövrdə həm beynəlxalq miqyasda, həm də müxtəlif ölkələrdə (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) təhsil sahəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsindən geniş istifadə olunur. Bu, bir tərəfdən, şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsi, digər tərəfdən isə əldə olunan məlumatlar əsasında təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə (fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklər aparılması, şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi və s.) nail olunması baxımından əhəmiyyətlidir. Şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsi zamanı qarşıya çıxan əsas çətinlik qiymətləndirmə prosesinə və onun nəticəsinə subyektiv amillərin təsir etməsidir. İndiyədək orta məktəblərdə yazı işlərini (o cümlədən inşaları) qiymətləndirmək üçün istifadə olunan meyarlar qiymətləndirməni aparan müəllimin öz fərdi yanaşmalarını ifadə edir. Bu isə şagird nailiyyətlərinin kütləvi qiymətləndirilməsi zamanı məqbul sayıla bilməz. Digər tərəfdən, bu vəziyyət qiymətləndirmədə obyektivlik meyarına əməl edilməsinə imkan vermir.
      TQDK bunu nəzərə alaraq monitorinq imtahanlarında yazı işlərinin qiymətləndirilməsi üçün kurikulumun tələblərinə uyğun yeni qiymətləndirmə meyarları, bütövlükdə qiymətləndirmə prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işləyib hazırlamışdır. 

      Bununla da Respublika Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan əsas strateji hədəflərdən birinin - təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanmasına başlanmışdır. Burada qarşıya aşağıdakı məqsəd qoyulmuşdur: 

      Təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması 
      səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılması, həmçinin yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması. 

      Yeni qiymətləndirmə sistemi aşağıdakı tələblərə əsaslanır: 
      • təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunu yerinə yetirməsi;
      • təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumatların əldə olunması;
      • qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması;
      • təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə funksiyasını yerinə yetirməsi;
      • qiymətləndirmədə yeni yanaşma olan məntiqi təfəkkür vərdişlərinin yoxlanılması və onun inkişafının stimullaşdırılması.
      Təqdim olunan bu vəsaitdə monitorinq imtahanlarının statistik təhlilləri, imtahanlarda istifadə olunmuş tapşırıqların elmi-metodiki təhlilləri, yazı işlərinin yeni mexanizmlə qiymətləndirilməsinə aid nümunələr verilmişdir. Vəsaitin orta məktəb müəllimləri, şagirdlər, ümumilikdə təhsil ictimaiyyəti üçün faydalı olacağına inanırıq.

      Monitorinqin məqsədi: 

      "Təhsil haqqında" Azərbaycan Respublikasının qanununda qeyd edilmiş Təhsil sahəsində dövlət standartlarının təmin edilməsi, bu istiqamətdə təhsildə keçirilən islahatların, yeni tədris proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin, şagirdlər tərəfindən bu proqramların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, müəllimlərin tədris prosesi zamanı proqramların tədrisində üzləşdiyi çətinliklərin müəyyənləşdirilməsi, üzə çıxarılması, həmçinin yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması.  
      • Xəbərlər
      • Faydalı
      • Təqvim
      Xəbərlər
      DİM tərəfindən Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün monitorinq imtahanları keçirilib
      18.03.2022 Monitorinq imtahanları
      DİM tərəfindən Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün monitorinq imtahanları keçirilib

      30.01.2022 Monitorinq imtahanları
      Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il yanvarın 29-da ADA məktəbinin XI sinif şagirdləri üçün riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib.

      COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və şagirdlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.


      13.10.2018 Bakalavriat
      Hörmətli şagirdlər, abituriyentlər, müəllimlər, valideynlər və KİV nümayəndələri!

      Bu gün də təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin, qiymətləndirmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır.


      16.01.2018 Monitorinq imtahanları
      DİM 10-cu sinifdə təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

      Dövlət İmtahan Mərkəzi (DİM) 16 yanvar  2018-ci il tarixində Respublikanın 39 şəhər və rayonunda  ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.


      15.01.2018 Monitorinq imtahanları
      DİM 10-cu sinifdə təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirəcək

      Dövlət İmtahan Mərkəzi (DİM) 16 yanvar  2018-ci il tarixində Respublikanın 39 şəhər və rayonunda  ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək.


      DİM ingilis dili fənni üzrə Bakı şəhərində yerləşən məktəblərdə monitorinq imtahanı keçirib
      10.01.2018 Monitorinq imtahanları
      DİM ingilis dili fənni üzrə Bakı şəhərində yerləşən məktəblərdə monitorinq imtahanı keçirib

      Dövlət İmtahan Mərkəzi 10 yanvar 2018-ci il tarixində Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.


      20.12.2017 Monitorinq imtahanları
      DİM 6-cı siniflərdə təhsil alan şagirdlər üçün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirir

      Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 dekabr 2017-ci il tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.


      15.12.2017 Monitorinq imtahanları
      DİM Respublikanın 38 şəhər və rayonunda monitorinq imtahanları keçirib

      Dövlət İmtahan Mərkəzi 14,15 dekabr tarixlərində Respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax,  Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz,  Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli,  Beyləqan, Şirvan,  Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirib.


      12.12.2017 Monitorinq imtahanları
      DİM 6-cı siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçirəcək

      Dövlət İmtahan Mərkəzi (DİM) 14 və 15 dekabr 2017-ci il tarixlərində Respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax,  Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz,  Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli,  Beyləqan, Şirvan,  Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

      Faydalı
      Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili (2015-ci il)

      Baxılıb: 990
      Təqvim
      Monitorinq imtahanları
      Monitorinq imtahanları

      Keçirilib Başlanğıc tarixi:  15.12.2017 Monitorinq imtahanları

      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus