Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu əldə edə bilərlər.
Sual - cavab
Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzunları istisna olmaqla) bitirdikləri ümumi təhsil müəssisəsinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə liseylərinin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.
Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.
“Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına əsasən, hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman hər hansı digər amil nəzərə alınmır.
Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz şəxsi kabinetinə daxil olmaqla, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidirlər.
İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri DİM-in internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.
Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini (MYİ və ya DYİ seriyalı) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir.
Namizədlər mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən həmin orqanlarda yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, habelə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər.
Dövlət İmtahan Mərkəzinin internet portalında aşağıdakı linkə daxil olmaqla ehtiyat kadrlar siyahısında olma barədə arayış əldə edə bilərsiniz:
https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/arayish.aspx
“Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”nə aşağıdakı linkdən daxil olmaqla anket məlumatınızda düzəliş və əlavələr edə bilərsiniz:
https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx
Vətəndaşların dövlət qulluğuna qəbul edilə bilmədiyi hallar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə vətəndaşın həqiqi hərbi xidmət keçməməsi dövlət qulluğuna qəbulda məhdudiyyət olaraq müəyyən edilməmişdir.
Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat, habelə müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanlarına sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Siz Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yaratdığınız şəxsi kabinetdən istifadə etməklə sənədlərinizi elektron formada təqdim edə bilərsiniz.
Xeyr. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibədə iştirak hüququna malikdirlər.
İxtisas tələbləri vəzifənin tutulması şərtlərindən biri olmaqla dövlət orqanı üzrə deyil, hər vəzifə üzrə vəzifənin qulluq funksiyaları nəzərə alınaraq müəyyən edilir. Vətəndaş Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalının müsabiqə elanları və vakant vəzifələr üzrə axtarış bölməsinə daxil olmaqla ali təhsil üzrə ixtisasına uyğun vakant vəzifələr və onların aid olduğu dövlət orqanları barədə məlumatlar əldə edə bilər.
1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir. Ali təhsil haqqında sənədi müvafiq qaydada təsdiq edilmiş şəxslər dövlət qulluğuna qəbul üzrə keçirilən imtahanlarda iştirak edə bilər.
Bəli, hər iki səviyyə üzrə və istədiyiniz diplomla təhsil aldığınız ixtisasa uyğun olaraq müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.
Xeyr, iştirak edə bilməzsiniz. Müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur. Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir.
Əgər Siz Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almışsınızsa, bu zaman barənizdə dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi (müsabiqə və müsahibə) tətbiq edilmir. Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri tərəfindən həmin şəxslər stajçı kimi qulluğa qəbul olunmalı və vakant dövlət qulluğu vəzifəsinə təyin edilməlidir. Qeyd olunan proqram çərçivəsində deyil digər əsaslarla xaricdə təhsil almış şəxslər müsabiqə əsasında dövlət qulluğuna qəbul edilə bilərlər.
Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, Dövlət İmtahan Mərkəzi tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır.
Qanunvericiliyin tələblərinə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə həmin vəzifənin tutulma şərtlərinin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsahibələrdə namizədliyi qeydə alınmış şəxslər müsahibə binasına gələrkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir.
Bəli. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinə əsasən, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər. Qeyd edilənlərə əsasən, yeddinci təsnifatda qulluq keçən dövlət qulluqçuları inzibati vəzifələrin yeddinci, altıncı, beşinci təsnifatlarına uyğun olan vəzifələr üzrə keçirilən daxili (və ya ümumi ) müsahibələrdə iştirak edə bilərlər.
Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi və ya diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər ümumi müsahibədə iştirak hüququna malikdirlər.
Xeyr, iştirak edə bilməzsiniz. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.gov.az) “Dövlət qulluğu” bölməsinin “Müsahibə qrafiki və nəticələri” alt bölməsinə daxil olmaqla müsahibələrin keçirilmə tarixi, yeri və müsahibələrin nəticələri barədə məlumat əldə edə bilərsiniz.
Namizədlər mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən həmin orqanlarda yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, habelə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.
Həmin müddəa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 31 may 2016-ci il tarixli 267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (10 avqust 2016-cı il) dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmir. Beləliklə, həmin şəxslərin dövlət qulluğunda fəaliyyətlərini davam etdirmələri üçün (daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdikləri hal istisna olmaqla) sertifikat almalarına zərurət yoxdur. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdikləri halda və onların inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajları olduqda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar.
Bəli, mümkündür. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Xeyr, vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Xeyr, edə bilməzsiniz. Müsabiqə zamanı abituriyentin hər hansı bir cəhddə hər üç fənn üzrə topladığı bal nəzərə alınır. Tutaq ki, abituriyent imtahanın birinci cəhdində RK altqrupu, ikinci cəhdində isə Rİ alqtrupu üzrə imtahan verib. Müsabiqə zamanı abituriyent RK altqrupuna aid ixtisası seçirsə, onun birinci cəhddə riyaziyyat, fizika və kimya fənlərindən topladığı bal nəzərə alınır. Rİ altqrupuna aid ixtisasları seçəndə isə imtahanın ikinci cəhdində riyaziyyat, fizika və informatikadan topladığı bal nəzərə alınır. Yəni abituriyent iştirak etdiyi hər iki cəhd imtahanından müvafiq altqrup (lar) üzrə birinin nəticəsi əsasında müsabiqədə iştirak edir. Bir altqrup üzrə birinci cəhddən iki fənn, ikinci cəhddən isə digər fənn üzrə (və ya əksinə) toplanılan balların cəmi əsasında müsabiqədə iştirak etməyə icazə verilmir. Deməli, imtahanın hər iki cəhdində iştirak edən abituriyent bütün fənlər üzrə iki cəhddən birinin nəticəsini seçə bilər.
Qeyd edək ki, müsabiqə zamanı imtahanın hər iki cəhdində iştirak edən abituriyentin daha yüksək olan nəticəsi nəzərə alınır.
Bəli, I qrupda yalnız informatika yönümlü Rİ altqrupunu seçən və ümumi müsabiqə şərtini ödəyən abituriyentlər informatika fənni üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, qeyd olunan altqrupa daxil olan ixtisasları seçə bilərlər. Ümumiyyətlə, son illər ali təhsil müəssisələrinə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzunları istisna olmaqla) bitirdikləri ümumi təhsil müəssisəsinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə liseylərinin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.
Əvvəlki illərin məzunları olan abituriyentlər imtahanın birinci mərhələsində yenidən iştirak etdikləri halda müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.
Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz şəxsi kabinetinə daxil olmaqla, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidirlər.
Abituriyent barədə DİM-in informasiya sistemlərində olan məlu¬matlar yetərli olduğu halda, həmin abituriyent ərizəsini özü təsdiq edir və Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmir. Əgər abituriyent haqqında informasiya sistemlərində olan məlumat yetərli deyilsə, həmin abituriyent tələb olunan sənədləri təqdim etməklə ərizəsini SQK-larda təsdiq etdirir. Tələb olunan sənədlər, SQK-ların ünvanları və digər zəruri məlumatlar qəbul elanında dərc olunur. Qeyd edək ki, ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.
Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. Bundan başqa, qeyd olunan kateqoriyaya aid olmayan və ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub¬likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imta-hanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına olur.
Bəli, bu il I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat, fizika və informatika fənlərindən imtahan verəcəklər. Mühəndislik (RK altqrupuna daxil olan) ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I qrup üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
Qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verir və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlər.
Bəli, abituriyentlər buraxılış imtahanından (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsindən) topladıqları baldan asılı olmayaraq, qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.
«Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən ölkə vətəndaşları hər bir təhsil səviyyəsi (ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil) üzrə yalnız bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) təhsil ala bilərlər. Deməli, ödənişsiz təhsil almaq üçün qoyulan müvafiq müsabiqə şərtlərini ödəsəniz, elektron ixtisas seçimi ərizəsində dövlət sifarişli ixtisasların da kodlarını qeyd edə bilərsiniz və qəbul olduğunuz halda dövlət sifarişi əsasında ali təhsil ala bilərsiniz.
Bir ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı əsasında aparılır.
V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının (tam orta məktəbin XI sinfini cari ildə bitirənlər üçün buraxılış imtahanının) nəticələri 2 il qüvvədə olur. 2022-ci ildə keçirilmiş qəbul / buraxılış imtahanından topladığı bal müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər 2023-cü ildə qabiliyyət imtahanı verib məqbul qiymət almaq şərti ilə V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər.
Bəli, iştirak edə bilərlər. Belə olan halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər.
Subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.
Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.
Məlum olduğu kimi, buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2022-ci ildə buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2023-cü ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəklərinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.
Buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində tələb edilən xarici dildən əlavə imtahan verməlidirlər.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Ancaq qeyd etmək lazımdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə beynəlxalq yarışların siyahısı isə Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sonuncu qərara əsasən yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.
Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.
Xüsusi təyinatlı ali təhsil müəssisəsinə sənəd verən abituriyent (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi yoxlamalardan uğurla keçdiyi təqdirdə) ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent digər ali təhsil müəssisələrinin ixtisas seçiminə buraxılmır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin müsabiqəsindən keçməyən abituriyentlər isə, müsabiqə şərtlərini ödədikləri halda, digər ali təhsil müəssisələrinin ixtisas seçimində iştirak edə bilərlər.
Bəli, orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilində verən əvvəlki illərin məzunları xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dilini seçə bilərlər.
Xeyr, rus bölməsinin abituriyentləri Azərbaycan dili fənni üzrə keçirilən test imtahanından “məqbul” qiymət alırlarsa, həmin nəticə cari və növbəti tədris ili üçün keçərli olur. Beləliklə, sizin 2022-ci ildə Azərbaycan dili fənni üzrə verdiyiniz imtahanın nəticəsi 2023-cü ildə də qüvvədə olacaq.
Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən (buraxılış imtahanı çərçivəsindəki dövlət dili kimi Azərbaycan dili imtahanından başqa) əlavə imtahan verməlidirlər.
I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
Bəli, abituriyentlər eyni ildə I, II, III və IV qrupların ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər. Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.
Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) DİM-də və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.
Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün DİM tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə, o cümlədən Polis Akademiyasına qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyentlər tələb olunan sənədləri təqdim etdikdən sonra həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanı verməlidirlər.
İkinci ali təhsil almaq istəyən abituriyentlər ümumi qaydada DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Belə abituriyentlər qəbul elanında qeyd olunan sənədlərlə yanaşı Sənəd Qəbulu Komissiyasına ali təhsil haqqında sənədi (əslini), ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı, attestatın əslini və ya məzunu olduğu təhsil müəssisəsi tərəfindən verilən attestat qiymətləri göstərilən arayışı təqdim etməlidirlər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə telefon və ya Zoom vasitəsilə ekspertlərin iştirakı ilə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İddiaçılara fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamə Mərkəz tərəfindən verilir. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.
Xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayışı DİM-in internet saytında aşağıdakı linkdən şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür:
https://eservices.dim.gov.az/ERIZEDOK/ARAYIS/Account/Login?erizeid=ZiSo79IR1F4%3D
Dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqlarını yoxlayanhər bir test tapşırıqları bloku üzrə minimal bal 2-dir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından bu Qaydanın 3.2-ci bəndi ilə nəzərdə tutulan qaydada müəyyən edilən mimimum balı (30 bal) toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunur. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.
Aşağıdakı cədvəldə beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi təqdim olunmuşdur.
Beynəlxalq dil sertifikatları üzrə tələb edilən səviyyə (CEFR) |
IELTS Academic |
TOEFL IBT |
TestDaF |
DELF/DALF |
STANAG |
Xarici dil üzrə DİM-də keçirilən fəlsəfə doktoru imtahanı nəticələri |
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinin qiymətləndirilməsi |
B2 |
6.0 |
65-78 |
TDN3- TDN4 (14-15) |
DELF B2 (67-83) |
2222 |
30-35,5 |
kafi |
6.5 |
79-93 |
TDN4 (16) |
DELF B2 (84-100) |
3333 |
36-44,5 |
yaxşı |
|
C1 və daha yüksək |
7.0 və daha yüksək |
94 və daha yüksək |
TDN4- TDN5 (17-20) |
DALF C1 / DALF C2 (50-100) |
4444 |
45-50 |
əla |
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə imtahan verən və ya beynəlxalq sertifikat təqdim edən bütün namizədlər elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdırlar. Namizədlər həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar, yəni beynəlxalq sertifikat təqdim edənlər istisna olmaqla) əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.
Sertifikatı uyğun olmayan (vaxtı bitmiş, etibarsız sayılan) namizədlərə məlumat verilir və onlar istədikləri halda şəxsi kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə edib, qeydiyyatdan keçərək ərizəni təsdiqləməklə imtahanda iştirak edə bilərlər.
Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Sertifikatı uyğun olan namizədlərə təqdim etdikləri beynəlxalq sertifikatdakı bala əsasən xarici dil üzrə DİM-də keçirilən qəbul imtahanı nəticələrinə ekvivalent arayış təqdim olunur.
Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı Ali Attestasiya Komissiyasə ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal bloklar üzrə müvafiq bal məhdudiyəti nəzərə alınmaqla 30 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal (məqbul) müəyyənləşdirilib.
İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.
Elektron ərizə ilə iş üçün namizəd ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.
Namizəd https://eservices.dim.gov.az/erizedok/erize internet səhifəsinə daxil olur, login bölməsində “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.
Elektron ərizə forması şəxsi məlumatlar, təhsil haqqında məlumatlar və imtahan məlumatları təsvir edilən bölmələrdən ibarətdir.
“Şəxsi məlumatlar” bölməsində namizəd heç bir dəyişiklik edə bilməz (bu məlumatları yalnız “Şəxsi kabinet”də dəyişmək olar). Bu bölmədə yalnız elektron poçt ünvanını qeyd edilməlidir.
“Təhsil haqqında məlumatlar” bölməsində namizəd magistratura səviyyəsində, yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim‐mütəxəssis) təhsili haqqında məlumatları müvafiq bölmələrdə qeyd etməlidir. Magistratura (tibbi təhsildə həkim‐mütəxəssis) təhsilini Azərbaycan Respublikasında bitirən namizədlər haqqında məlumatlar Tələbə-Məzun Dövlət İnformasiya Sistemində (TMMS) olmalıdır. Bu bölmədəki “TMMS” düyməsini sıxmaqla həmin məlumatları görmək olar. Əgər namizədin təhsili haqqında məlumatlar TMMS‐də aşkar edilməsə, namizəd müvafiq bölmədə diplomun sürətini yükləməlidir. Yalnız bundan sonra namizəd ərizəsini təsdiq edə bilər. Etibarsız sənəd sistemə yüklənməsi aşkar edildikdə ərizənin təsdiqi ləğv edilir.
“İmtahan məlumatları” bölməsində namizədin imtahan verəcəyi bölmə, imtahan verəcəyi xarici dil və xarici dil sertifikatı haqqında məlumatlar əks edilir. Əgər namizədin imtahan verəcəyi xarici dil üzrə qüvvədə olan (tələblərə uyğun) sertifikatı varsa, onun haqqında məlumatı xarici dil sertifikatı sahəsində qeyd etməlidir. Xarici dil sertifikatı DİM tərəfindən yoxlanıldıqdan sonra namizəd ərizəsini təsdiq edə bilər.
Diqqət! Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının əslini və surətini əvvəlcədən elan olunan tarixlərdə DİM-də yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. İmtahana yalnız ərizəsi təsdiq edilən namizədlər buraxılacaqlar.
Doktorantura və dissertanturaya qəbul zamanı yalnız xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən keçirilir. Digər imtahanlar (fəlsəfə və ixtisas) ali təhsil müəssisələrində təşkil olunur. Xarici dil üzrə qəbul imtahanında keçid balı (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Mərkəz eyni zamanda, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını da keçirir.
Qəbul imtahanında 30 və daha çox bal toplamış namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xüsusi qabiliyyət imtahanları haqqında məlumatları DİM-in rəsmi internet saytında yerləşdirilmiş Bələdçi-dən, qeyd olunan saytın xəbərlər bölməsindən və “Xüsusi qabiliyyət imtahanları” jurnallarından almaq olar.
Bəli, XQTİ lər üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra müəyyən olunmuş müddətdə DİM-in internet səhifəsinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya(lar) üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanına buraxılmırlar.
Bir ulduz (*) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz (**) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ lər) üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı, balla qiymətləndirilən XQTİ lər üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı əsasında aparılır.
Təlimçilər Mərkəzin sahə üzrə fəaliyyət göstərən və ixtisaslaşan əməkdaşlarıdır.
Vətəndaşların rahatlığının və təlimlərin əlçatan olmasının təmin edilməsi məqsədilə dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli distant təlimlər də keçirilir.
Təlimlər müəyyən mövzular üzrə iştirakçıların biliklərini artırmağı hədəfləyir. Sertifikat şəxsin həmin təlim kursunu keçdiyinin sübütudur, lakin dövlət qulluğuna qəbul üçün keçirilən müsahibələrdə güzəşt ünsürü deyildir.
Bəli, təlimdə iştirak edənlər sertifikatla təltif olunacaqdır.
Təlimlərdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://exidmet.dim.gov.az/elimt/telim
Təlimlər həm əyani, həm də distant formada keçirilir.
Bəli, hər modul üzrə ödəniş 100 Azn-dir.
Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər şəxsiyyətlərini təsdiq edən sənədi, ali təhsil haqqında sənədi və ona əlavəni, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Bu zaman Sizin ümumi orta müvəffəqiyyət göstəriciniz xüsusi qaydada yüzballı şkala əsasında hesablanaraq elektron ərizənizə daxil ediləcəkdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən cari ildə də magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. İkinci imtahan isə ölkədəki sanitar-epidemioloji vəziyyət imkan verdiyi halda keçirilə bilər. Bu səbəbdən bakalavrlara birinci imtahanda iştirak etmək tövsiyə olunur. İmtahanda iştirak etmək istəyən şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Bu bakalavrlar http://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavrlara imtahan verəcəkləri dili (bölməni) seçmək hüququ yalnız imtahandan əvvəl elektron ərizə doldurularkən verilir. İmtahan həmin dildə verilməlidir. İxtisaslaşma seçimi zamanı bakalavr yalnız öz ixtisasına uyğun, seçdiyi qəbul proqramına və bölməyə aid olan, həmçinin Azərbaycan və rus bölmələrinin bakalavrlarının birlikdə müsabiqəsi üçün nəzərdə tutulmuş ixtisaslaşmaları seçə bilər.
Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini şəxsən təqdim etməlidirlər. Xarici ölkələrdə ali təhsil almış, sənəd qəbulu müddətində qeyd olunan sənədləri təqdim etməyən şəxslər müsabiqədə iştirak edə bilməzlər.
Magistraturaya qəbul imtahanında xarici dil fənnindən keçiriləcək imtahanın strukturu aşağıdakı kimidir: cəmi 25 test tapşırığı, o cümlədən dinləyib-anlama mətni əsasında qapalı formalı 5 test tapşırığı; oxuyub-anlama mətni əsasında qapalı formalı 5 test tapşırığı; bunlardan əlavə, leksik-qrammatik bilikləri yoxlayan qapalı formalı 10 və açıq formalı 5 test tapşırığı.
Ötən il olduğu kimi, bu il də magistraturaya qəbul imtahanında hər bir xarici dildən bakalavrlara dinləmə mətni əsasında 5 qapalı formalı test tapşırığı təqdim ediləcək.
Magistraturaya qəbul müsabiqəsi zamanı imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda göstərilən ardıcıllıqla əlavə gıstəricilərdən istifadə olunur:
-ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
-ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
-xarici dil üzrə testdən toplanılan bal.
Ümumi orta müvəffəqiyyət göstəricisini elektron ərizələrində qeyd etməyən bakalavrların müvafiq göstəricisi sistemə minimal bal kimi daxil edilir.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi, magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
Elektron ərizə doldurarkən qeyd etdiyiniz diplomlarınızın yalnız birindən istifadə edə bilərsiniz. Magistr ixtisaslaşmalarının seçimi zamanı həmin ixtisaslaşmaların bakalavr ixtisasına uyğunluğu əsas götürüldüyündən Siz də hansı sahədə magistr təhsili alacaqsınızsa, elektron ərizənizi doldurarkən həmin sahəyə aid diplomunuzdakı məlumatları daxil etməlisiniz.
Tədrisi ingilis dilində olan iqtisadiyyatyönümlü ixtisaslaşmalar üzrə plan yerləri haqqında məlumat DİM-ə daxil olduqdan sonra “Magistr” jurnalının 2022-ci il tarixli 4-cü sayında dərc ediləcək. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar imtahanda xarici dil kimi mütləq ingilis dilini seçməlidirlər. Bakalavrlar bu ixtisaslaşmalar üzrə ödənişli yerlərin müsabiqəsində iştirak etmək üçün imtahanda ingilis dilindən ən azı 15, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün isə ən azı 20 bal toplamalıdırlar.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçiriləcək. Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın faktiki yaşadığı məntəqəyə görə, əgər elektron ərizədə faktiki yaşadığı ünvan göstərilməyibsə, qeydiyyatda olduğu ünvana görə təyin edilir. Odur ki, faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqli olan bakalavrlar elektron ərizələrində faktiki yaşadıqları ünvanı mütləq göstərməlidirlər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, magistraturada əyani təhsil alanlara təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanda iştirak edə bilərlər. Ancaq müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyat keçirilənədək akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.
MBA proqramı da daxil olmaqla ödənişli yerlərə qəbul olan məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər təhsil haqqının ödənilməsi ilə bağlı məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə öyrənə bilərlər.
Bakalavrlar yalnız ixtisasları üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.
Qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir. O cümlədən, bir şəxsin neçə dəfə magistr təhsili almasına da məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.
Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı bir maneə yoxdur. Ancaq magistraturauya qəbul olduqdan sonra qeyd etdiyiniz məsələ DİM tərəfindən deyil, Sizi işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.
Azərbaycan bölməsinin məzunları qəbul imtahanında xarici dil kimi ingilis, alman, rus və fransız dillərindən birini, rus bölməsinin məzunları isə ingilis, alman və ya fransız dilini seçə bilərlər. Azərbaycan bölməsində imtahan verəcəksinizsə, rus dilini xarici dil kimi seçə bilərsiniz. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Yeni qaydalara əsasən rezidenturada təhsili ərzində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək olar. Lakin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün rezidentura təhsilini başa vurmaq və ya rezidentura təhsilindən imtina etmək tələb olunur.
Müsabiqə zamanı eyni ixtisası seçmiş və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı eyni olan iki və daha artıq namizədi bir-birindən fərqləndirmək üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal nəzərə alınır.
Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.
Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında III kursu tam bitirmiş tələbələr də iştirak edə bilər.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib DİM tərəfindən müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmırlar.
Siz müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri (tələb olunan sənədlərin siyahısı “Rezidentura” jurnalının 2-ci nömrəsində ərizə qəbulu elanında dərc olunur) DİM-də yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.
Xeyr, namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir və səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, rezidenturaya qəbul imtahanın I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün 60 (altmış) manat, II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün isə 100 (yüz) manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilmişdir.
Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələri tərəfindən Sizə verilməli olan hər hansı bir məlumatı əldə etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməlisiniz.
Rezidenturaya qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir.
İxtisas seçiminə görə namizədlərin özləri məsuliyyət daşıdığı üçün DİM tərəfindən tövsiyə xarakterli hər hansı metodiki vəsait hazırlanmır. Lakin “Rezidentura” jurnalının 3-cü sayında namizədlərə ixtisas seçimini necə etmək haqqında məsləhət xarakterli məqalə və ötən il üçün rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid ballarını özündə əks etdirən material dərc edilir.
DİM-də rezidenturaya qəbul proqramları üzrə “İnsan anatomiyası” və “Bioloji kimya” fənlərindən vəsait, eləcə də “Baza fənləri üzrə test toplusu” adlı məcmuə hazırlanaraq imtahanlara müstəqil hazırlaşmaq istəyənlərə təqdim edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
- baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
Qəbul imtahanlarında (baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ayrı-ayrılıqda qapalı və açıq formalı test tapşırıqlarına verilən düzgün cavabların sayına görə hər hansı bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
Rezidenturaya aparılan müsabiqədə iştirak edib qəbul olan namizədlər boş qalan yerlər üzrə müsabiqədə iştirak edə bilməzlər.
Xeyr, hər bir namizəd yalnız bitirdiyi istiqamətə (fakültəyə) müvafiq ixtisasları seçə bilər.
Hərbi tibb fakültəsinin məzunları rezidenturaya sənəd verərkən zabitin şəxsi vəsiqəsindən istifadə edə bilərlər. Bunun üçün onlar ATU-nun Hərbi tibb fakültəsinə müraciət etməlidirlər.
Xeyr, Azərbaycan Respublikasının vətəndaşları yalnız müsabiqə yolu ilə rezidenturaya qəbul ola bilərlər.
Rezidenturaya qəbul qaydalarının 2.1. və 2.2. bəndlərinə (Bax: “Rezidentura” jurnalı №1) müvafiq olaraq xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün tələb olunan sənədləri mütləq təqdim etməlidirlər.
Əcnəbilər, vətəndaşlığı olmayanlar və xarici ölkələrdə baza ali tibb təhsili almış Azərbaycan Respublikasının vətəndaşları, eləcə də baza ali tibb təhsili olan Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturaya qəbul imtahanı və müsabiqə eyni vaxtda keçirilir.
Rezidenturanı bitirmiş şəxslər digər bir ixtisas əldə etmək üçün yenidən rezidenturaya qəbul ola bilərlər. Lakin bu halda rezidenturada təhsil “Təhsil haqqında qanun”a müvafiq olaraq ödənişli əsaslarla həyata keçirilir. Bu zaman əvvəlki rezidentura diplomu qüvvədə qalır.
Yoluxucu xəstəliklər” ixtisası üzrə ayrılan plan yerlərinə müsabiqə bütün istiqamətlər üzrə birgə aparılır. Başqa sözlə, qəbul planı hər fakültə üzrə ayrılıqda deyil, bütün fakültələr üzrə birgə təqdim olunur. “Rezidentura” jurnalının 3-cü sayında plan yerləri cədvəli təqdim olunarkən birgə müsabiqə aparılan ixtisaslar “*-la (ulduzla)” işarələnir.
Müxtəlif xəstəxana və ya tibb müəssisələrində çalışan həkimlər rezidenturaya qəbul üçün ərizə verə bilər. Ərizə vermək və imtahanlarda iştirak etmək üçün tutduğunuz vəzifədən azad olunmanız tələb olunmur. Lakin rezidenturaya qəbul olduqdan sonra, tədris başlayana qədər tutduğunuz vəzifədən azad olunmalısınız.
Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.
Boş qalan yerlər üzrə ixtisas seçimində yalnız müsabiqə şərtini ödəmiş, lakin müsabiqədən keçməmiş namizədlər iştirak edə bilər. Rezidenturaya qəbul olmuş, lakin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Rezidenturaya qəbul qaydalarına əsasən hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu müvafiq quruma şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir.
Xeyr, yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilməzsiniz. Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, imtahan gününə qədər “Şəxsi kabinet”inizdə “Sənədi yenilə” düyməsindən istifadə etməklə özünüz düzəliş etməlisiniz, yaxud da yeni şəxsiyyət vəsiqəniz və onun surəti ilə DİM-ə müraciət edərək müvafiq düzəliş etdirməlisiniz. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni yenidən çap etməlisiniz.
Parolunuzu unutmuşsunuzsa, “Namizədin elektron ərizəsi” səhifəsində olan “İstifadəçi adı və parolu unutmuşam” və ya “Şəxsi kabinet”inizə daxil olaraq “Parolu unutmuşam” düyməsindən istifadə etməklə onu əldə edə bilərsiniz.
Baza ali tibb təhsili olan hər bir namizəd öz istiqamətinə (fakültəsinə) uyğun istədiyi ixtisasları və klinik bazaları seçə bilər.
Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.
Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.
9-cu sinif şagirdləri üçün buraxılış imtahanları bir mərhələdə keçirilir. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq. Qeyd edək ki, buraxılış imtahanı modeli, fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
Bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.
Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.
Xeyr, 11 illik təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız 9 illik təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.
Buraxılış imtahanından azad olunan, lakin ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər əvvəlki illərin məzunları ilə birgə imtahanda iştirak etməlidirlər. Bunun üçün həmin abituriyentlər müəyyən olunacaq vaxtda öz elektron ərizələrini təsdiq etməlidirlər.
Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər. Qəbul imtahanını rus dilində verən abituriyentlər (2022-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir.
- attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı.
Ümumi (9-illik) və tam (11 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər.
Sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat şəxsiyyət vəsiqəsindən istifadə etməklə internet vasitəsilə aparılır. Xarici ölkə vətəndaşları Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən MYİ və ya DYİ seriyalı icazə vəsiqəsindən istifadə etməklə sınaq imtahanına yazıla bilərlər.
“ADA” Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Maliyyə”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Riyaziyyat” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:
- Abituriyentlər iyun ayının 8-dək ümumi qaydada “Abituriyentin elektron ərizəsi”ni doldururlar və təsdiq edirlər (etdirirlər);
- İyun ayının 30-dək təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi”nin surətini və SAT imtahanının nəticəsi barədə məlumatı kağız daşıyıcıda DİM-ə təqdim edirlər, elektron şəkildə isə SAT imtahanının nəticəsini “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) göndərirlər;
- İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini kağız daşıyıcıda DİM-ə təqdim edirlər;
- İyun ayının 30-dək “ADA” Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldururlar;
- İyun ayının 30-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə “ADA” Universitetinə (kod 7799) göndərirlər;
- İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini "ADA" Universitetinin elektron ərizə formasına yükləyirlər və "ADA" Universitetinə elektron şəkildə göndərirlər;
“ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.
“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.
Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb?Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz |