Tarix fənni üzrə iclasda gündəlik məsələ “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” adlı elmi‑metodiki məqalənin təkrar müzakirəsi olub. Məqaləyə Ali Baş Komandan cənab İlham Əliyevin Ağdərə, Xankəndi, Xocalı və Xocavənd şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltması ilə bağlı materiallar əlavə edilib.
Biologiya fənni üzrə iclasda isə gündəlik məsələ IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı üçün imtahan modelinə uyğun cavabı yazı ilə ifadə edilən situasiya tapşırıqlarının müzakirəsi olub.
İclaslarda qeyd olunan məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclasları 16 noyabr 2023-cü il tarixində olacaq.