29 sentyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin beynəlxalq tərəfdaşı Yunus Əmrə İnstitutunun vasitəçiliyi ilə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin rəhbəri Halis Aygün arasında görüş keçirilib.
Görüşdə, həmçinin DİM Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, mərkəzin şöbə müdirləri, Yunus Əmrə İnstitunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıç iştirak ediblər.
Görüşdə qurumlar arasında təcrübə mübadiləsinin aparılması, ölçmə və qiymətləndirmə sahəsində tətbiq edilən yeni metod və yanaşmalar, qarşılıqlı səfərlərin təşkili, türk dövlətlərinin yoxlama-ölçmə təşkilatlarının elmi konfranslarının keçirilməsi və s. məsələlər müzakirə edilib.