Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə “Abituriyent” jurnalı redaksiyanın nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlaşanlar üçün nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışlarının hədiyyə edilməsi davam edir.
DİM-in Şəki Regional Bölməsi üzrə həmin kitablar Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonlarında yerləşən qaçqın və köçkün məktəblərinə, şəhər məktəblərinə və rayon mərkəzindən uzaqda yerləşən kənd məktəblərinin kitabxanalarına hədiyyə edilib.
Bu kitablardan sinif şagirdləri, qəbul imtahanına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər metodiki vəsait kimi faydalana bilərlər.