17 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ekspertlərlə görüş keçirilib.
İclasda 2024/2025-ci tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanının proqramı, dərsliklərdə olan dəyişikliklər müzakirə olunub. Proqramda müvafiq bölmələr üzrə düzəlişlər edilməsi məqsədəuyğun hesab edilib.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ekspertlərlə növbəti iclas 24 may 2024-cü il tarixində baş tutacaq.