8, 9, 10, 11 və 13 iyul 2026-cı il tarixlərində Təsviri sənət istiqamətinin 10 (rəngkarlıq), 11 (qrafika) və 12-ci (heykəltaraşlıq) komissiyaları üzrə rəsm fənnindən Azərbaycan Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 14 iyul 2026-ci il tarixində saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Vaxt |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
14.07.2026 |
09:00-13:00 |
10 - rəngkarlıq 12 - heykəltaraşlıq |
rəsm |
Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
|
14.07.2026 |
13:30-17:00 |
11 - qrafika
|
rəsm |
Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.