• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərinə təlim səfəri həyata keçirilmişdir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxil olmuşdur

      31.05.2018 21:07

      2018-ci ilin 21-25 may tarixlərində Litvanın Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” AZ/15/ENP/OT/40 layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərinə təlim səfəri həyata keçirilmişdir.

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxil olmuşdur.

      Nümayəndə heyəti Litvanın Nazirlər Kabinetinin Katibliyi, Dövlət Qulluğu Departamenti, Daxili İşlər Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Milli Audit Mərkəzi və yerli idarəetmə orqanı olan Druskininkay bələdiyyəsində görüşlər keçirmişdir.

      Litva Dövlət Katibliyinə səfər zamanı dövlət katibi cənab Algirdas Stonkaitis və onun müavini Litva tərəfindən Layihə rəhbəri cənab Alminas Maçulislə görüş keçirilmiş, Layihənin gedişi və DİM ilə litvalı tərəfdaşların əməkdaşlığı məsələləri müzakirə edilmişdir. Eyni zamanda Katibliyin nümayəndələri tərəfindən Litvada dövlət qulluğunda əmək haqqı sistemi və ümumilikdə Litvanın dövlət idarəetməsi, dövlət qulluqçularının qeyri-maddi üsullarla həvəsləndirilməsi barədə təqdimatlar edilmiş və müzakirələr aparılmışdır.

      Dövlət Qulluğu Departamentinə səfər zamanı Departament direktoru vəzifələrini icra edən cənab Osvaldas Sarmaviçius ilə görüş keçirilmiş, onun tərəfindən Departamentin fəaliyyəti barədə məlumat verilmişdir. Eyni zamanda cənab Sarmaviçius ilə Layihə çərçivəsində Litva Dövlət Qulluğu Departamenti ilə DİM-in əməkdaşlığının qarşılıqlı faydası və gələcək planlar müzakirə edilmişdir. Daha sonra Departamentin nümayəndələri tərəfindən Litvada dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi, dövlət qulluqçularının əmək haqqının xidməti fəaliyyətin qiymətləndirilməsi nəticələri ilə əlaqəsi və özəl sektorda əməkhaqqı sistemi barədə təqdimatlar edilmişdir. DİM nümayəndələri ilə litvalı ekspertlər arasında müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.

      Səfərin ikinci günündə Daxili İşlər Nazirliyində nazirin müşaviri cənab Denius Jilinskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüş zamanı nazirlik rəsmiləri tərəfindən dövlət qulluğu sahəsində, o cümlədən dövlət qulluğuna qəbul, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və onların əməyinin ödənilməsi sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar barədə məlumat verilmiş və bu sahələrdə müzakirələr aparılmışdır. Görüşdə nazirlik nümayəndələri tərəfindən Tvinninq layihəsinin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olması vurğulanmış və hazırda nazirlik tərəfindən hazırlanan təkliflərdə Azərbaycanda əldə edilmiş təcrübədən istifadə edərək dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbulun təşkil edilməsi də öz əksini tapdığı qeyd edilmişdir.

      Səfər müddətində nümayəndə heyəti Litvada dövlət qulluqçularının reyestrinin aparılması və bu sistemin digər dövlət orqanlarının sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinə dair təcrübə ilə də tanış olmuşdur. Litvalı ekspertlərlə Azərbaycanda Dövlət Qulluqçularının Reyestrinin aparılması təcrübəsi və bu sistemin təkmilləşdirilməsi perspektivləri müzakirə edilmişdir.

      Litva Milli Audit Mərkəzinin direktorunun müavini xanım Nijole Mikuviene ilə görüşdə Milli Audit Mərkəzinin dövlət idarəçiliyi və insan resurslarının idarə edilməsi sahəsində auditin keçirilməsi ilə bağlı funksiyaları və bu sahədə görülən işlər barədə məlumat verilmişdir. Görüş müddətində Mərkəzin nümayəndələri tərəfindən bu sahədə həyata keçirilmiş audit nəticələri, aşkar edilmiş əsas pozuntular və bu pozuntuların aradan qaldırılması üzrə Mərkəz tərəfindən dövlət orqanlarına verilən tövsiyələr barədə təqdimatlar edilmişdir.

      Litvaya səfər çərçivəsində nümayəndə heyəti Druskininkay şəhər bələdiyyəsində də olmuşdur. Bələdiyyə sədrinin müavini cənab Linas Urmanaviçus şəhər və onun idarə edilməsi sistemi, bələdiyyədə qulluq keçən dövlət qulluqçularının idarə edilməsi ilə bağlı məsələlər, habelə şəhərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.

      Səfərin sonuncu günündə Litva Sosial Müdafiə və Əmək Nazirliyində görüşlər keçirilmiş və Litvada dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsi sistemi barədə məlumat əldə edilmişdir.

      Təlim səfəri Avropa İttifaqı üzvü olan Litvanın dövlət qulluqçularının əmək haqqı sistemi təcrübəsi barədə ətraflı məlumat toplamaq imkanı vermişdir. Əldə olunan biliklər Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün Tvinninq layihəsində istifadə ediləcəkdir.



      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram