• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz verib. Tanınmış alim, pedaqoq, Dövlət İmtahan Mərkəzinin seminar rəhbəri Kərəm Hətəm oğlu Məmmədov ömrünün 58-ci ilində vəfat edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      12.06.2023 00:24

      Dövlət İmtahan Mərkəzinin (DİM) tarix fənni üzrə seminarının və işçi qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov ürəktutmasından vəfat edib.

      Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Gürcüstanın Dmanisi (1947-ci ilə qədər Başkeçid) rayonunun Gəyliyən kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra 1982‑ci ildə BDU-nun Tarix fakültəsinə daxil olub. 1983-1985-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olmuş, sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin (Sankt-Peterburq Universiteti) Tarix fakültəsinə göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-1996-cı illərdə aspiranturada əyani təhsil alıb. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə BDU‑nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri “Əməkdar müəllim” adı verilib.

      O, elmi‑pedaqoji fəaliyyəti dövründə 2 kitabın, ali məktəblər üçün 2 dərslik, 100-dən çox elmi‑metodiki vəsait və elmi məqalənin müəllifi, həmçinin ümumtəhsil müəssisələri üçün 6 dərsliyin həmmüəllifi olub. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda iştirak edib, məruzələrlə çıxış edib. 2009-cu ildə nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən olub. "Borçalı orta əsrlərdə" adlı dissertasiya işi üzərində çalışırdı.

      Kərəm Məmmədovun DİM-lə 15 ilə yaxın müddətdə məhsuldar əməkdaşlığı olub. O, 2012‑ci ildən tarix fənni üzrə elmi-metodiki seminarın və işçi qrupunun rəhbəri olub. Fəaliyyət göstərdiyi illər ərzində test bankının formalaşdırılmasında, yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsində, imtahanda istifadə edilmiş sual kitabçalarının hazırlanmasında, ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin aparılmasında fəal iştirak edib. O, imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlərə metodiki köməklik məqsədilə vəsaitlərin hazırlanmasında yaxından iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yenidən işlənmiş “Tarix” vəsaitinin həmmüəllifi olub. Həmçinin 6-11-ci sinif dərslikləri əsasında “Qiymətləndirmə tapşırıqları kitabları”nın hazırlanmasında elmi redaktor və həmmüəllif kimi iştirak edib. Abituriyentlərə metodiki kömək məqsədilə “Abituriyent” jurnalında dərc edilmiş bir neçə məqalənin müəllifi olub. 2020-ci ildə Azərbaycanın zəfərlə başa çatdırdığı Vətən müharibəsi barədə məlumatlar abituriyentlərin istifadə etdiyi ümumtəhsil müəssisələri üçün dərsliklərdə hələ əksini tapmadığı müddətdə 3 il dalbadal jurnalın 2-ci sayında çap edilmiş və eyni zamanda, DİM-in saytında yerləşdirilmiş, qəbul imtahanlarında istifadə edilməsi üçün nəzərdə tutulan, kifayət qədər aktual mövzuya malik “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı” adlı məqalənin də həmmüəlliflərindən olub.

      DİM-in kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, onun doğmalarına və əzizlərinə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram