2 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) ilə birgə SIGMA (Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində hazırlanan “Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi təşkil edilib.
Təlim iştirakçıları SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən risklərin müəyyən edilməsi mərhələsindən sonra risklərin idarə edilməsi mərhələsinin əsas komponentlərini əhatə edib və onların DİM-də tətbiqini izah edib. Risklərin idarə edilməsi mərhələsinin əsas addımları arasında aşağıdakılar qeyd edilib:
- Risklərin qiymətləndirilməsi;
- Risklərin prioritetləşdirilməsi;
- Risklərin azaldılması və idarə olunması;
- Risklərin monitorinqi.
İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.
Xatırladaq ki, pilot layihənin məqsədi ilkin olaraq DİM-də daxili nəzarət mexanizminin formalaşdırılması və təkmilləşdirilməsi və digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir.