DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında aşağıdakı cədvəldə qeyd olunan tarixlərdə müvafiq olaraq beynəlxalq ACCA imtahanları təşkil edilib:
İmtahanın tarixi |
İmtahanın adı |
05.01.2021 |
Corporate and Business Law (LW-GLO) |
07.01.2021 |
Financial Accounting (FA) |
İmtahanlarda ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
ACCA imtahanları DİM-də hər həftənin II (saat 10:00 – 13:30) və IV (saat 10:00 – 18:00) günləri keçirilir.
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.