4 iyul 2026-ci il tarixində Süleyman Sani Axundov 50 ünvanında PMP imtahanı keçirib. İmtahan iki növbədə təşkil olunub. Ümümi 19 nəfər imtahanda iştirak edib.
Qeyd edək ki, qeydiyyat prosesi “Pearson VUE” təşkilatı tərəfindən həyata keçirilir. İmtahanda iştirak etmək üçün Pearson VUE rəsmi saytı vasitəsilə hesab yaratmaq lazımdır. Daha sonra imtahan veriləcək proqram seçilərək şəxsi kabinetə daxil olmaqla qeydiyyat tamamlanır.
Qeydiyyat zamanı imtahan mərkəzi olaraq “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzi seçildikdən sonra DİM-də mövcud olan imtahan tarixləri və digər məlumatlarla tanış olmaq mümkündür.
Əlavə olaraq bildiririk ki, Project Management Institute PMP imtahanının formatı 9 iyul 2026-cı il tarixindən etibarən dəyişəcək.
Peasron VUE imtahanlar haqqında ətraflı məlumat əldə etmək üçün DİM-in saytında keçid edə bilərsiniz https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/pearson-vue