18 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları Gülmirə İsayeva və Faiq Abdullayev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumunda iştirak ediblər.
Forumda çıxış edən Faiq Abdullayev peşəkar mühasib sertifikatı imtahanlarının təşkili texnologiyası, sualların hazırlanması, açıq tipli tapşırıqlara dair cavab vərəqələrinin yoxlanılması barədə məlumat verib və müvafiq statistik məlumatları paylaşıb. O, həmçinin imtahanların maliyyə sahəsinin inkişafına və bu istiqamətdə çalışan əməkdaşların keryerasına verdiyi töhfələr haqqında danışıb.
Gülmirə İsayeva isə imtahana qeydiyyat zamanı nəzərə alınmalı məqamlar, sənədlərin düzgün formada təqdim olunması və imtahanların elektron formada keçirilməsi haqqında ətraflı məlumat verib, eləcə də DİM-nin yeni istifadəyə verdiyi elektron imtahanlar korpusunun imkanlarını diqqətə çatdırıb.