Struktur bölmənin adı: İmtahanların təşkili və idarəedilməsi departamentinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsi.
Vəzifənin adı: baş məsləhətçi.
Təhsilə dair tələb: ali təhsil.
İş təcrübəsinə dair tələb: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı.
Qulluq funksiyaları:
-
imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
-
regional bölmələrlə işin təşkil edilməsi;
-
təlimatların, yaddaş kitabçalarının və s. metodik vəsaitlərin layihələrinin hazırlanması;
-
imtahanın keçirilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanması, prosesə cəlb edilməsi və təlimlərin təşkili və keçirilməsi);
-
imtahanın keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsi;
-
imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair zəruri normativ sənədlərin hazırlanması və prosesin təşkili;
-
əlaqələndiricilərlə işin təşkili;
-
imtahan materiallarının təhvil-təsliminin həyata keçirilməsi;
-
imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanması;
-
sağlamlıq imkanları məhdud iştirakçıların fərdi nəzarətçiləri ilə işin aparılması;
-
səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
-
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
-
rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə).
Xüsusi tələblər: Dövlət qulluğuna dair sertifikatı olan namizədlərə üstünlük veriləcək.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsində baş məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 10 mart 2023-cü il tarixindən 25 mart 2023-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.