Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün saat 11:00-da Mərkəzin “Youtube” kanalı vasitəsilə II və III ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verib.
Sədr M.Abbaszadə canlı yayımda II və III ixtisas qrupları üzrə müsabiqə vəziyyəti, ödənişli və ödənişsiz əsaslarla olan plan yerləri, ixtisas seçiminə buraxılan abituriyentlərin sayı, abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması, müsabiqədənkənar qəbul olanların sayı və s. göstəricilər haqqında danışıb. Yayım zamanı abituriyentlərin sualları da birbaşa cavablandırılıb.
Keçidə daxil olub yayımın videoyazısını izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=dCqq5I65fR8
Qeyd: Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq.