“The Propell® Workshop for Teachers” peşəkar inkişaf proqramının əsas məqsədi inteqrativ bacarıqlara dair yanaşmadan istifadə edərək müəllimləri dil öyrətmək üçün faydalı təlim metodları və strategiyaları ilə tanış etməkdir.
Təlimdə iştirakçılar TOEFL iBT®️ imtahanının oxu, yazı, dinləmə və danışıq bölmələrində istifadə edilən sualların tipi, eyni zamanda qiymətləndirmə meyarları barədə məlumatlandırıb. Təlimçi Yasemin Arşin hər dörd bacarıq üzrə real imtahan nümunələrindən istifadə edərək iştirakçılara praktik tapşırıqlar verib və onlar bu nümunələri ölçmə meyarlarına uyğun qiymətləndiriblər. İştirakçılar təlimçi tərəfindən təqdim edilən onlayn materiallardan bütün sessiyalarda aktiv istifadə edərək müzakirələrə qoşulublar. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.
Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və hər 3 sessiyada iştirak edən 110 nəfərə sertifikat veriləcək.