Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti
Struktur vahid: Təşkilati-metodiki təminat, təlimlər və regionlarla iş şöbəsi
Vəzifənin adı: məsləhətçi
Qulluq funksiyaları:
1. imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
2. imtahanların keçirilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanılması, prosesə cəlb edilməsi və təlimlərin keçirilməsi);
3. imtahanların keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsinə dair tapşırıqların yerinə yetirilməsi;
4. əlaqələndiricilərlə işin təşkili;
5. imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair tapşırıqların yerinə yetirilməsi;
6. imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanmasında iştirak edilməsi;
7. səlahiyyətləri çərçivəsində şöbəyə daxil olan elektron müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
8. Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
9. rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Vəzifənin tutulma şərtləri:
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələbi: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: Rus dili – B2; İngilis dili – B2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində “Təşkilati-metodiki təminat, təlimlər və regionlarla iş şöbəsində məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 31 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.