UNESCO-nun “A Global Framework of Reference on Digital Literacy Skills for Indicator 4.4.2 (4.4.2 Göstəricisinə dair Rəqəmsal Savadlılıq Bacarıqları üzrə Qlobal Çərçivə sənədi)” adlı hesabatında DİM-in təşkil etdiyi ICDL beynəlxalq imtahanlarına dair məlumat və həmin imtahanların İKT savadlılığı üzrə beynəlxalq standartlar və bu sahəyə aid digər beynəlxalq imtahanlar ilə müqayisəsi verilib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan Hədəf 4.4 üzrə nəzərdə tutulmuş fəaliyyət çərçivəsində tərtib edilmiş UNESCO-nun “A Global Framework of Reference on Digital Literacy Skills for Indicator 4.4.2” adlı hesabatı 50-dən çox ölkədə aparılmış tədqiqata əsaslanır və aşağıdakı imtahanlara dair təsviri müqayisəni də ehtiva edir:
- Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya (ICDL) — 31 ölkədə tanınır;
- Certiport İnternet və Hesablama üzrə Əsas Sertifikat (IC³) — 13 ölkədə tanınır;
- Microsoft Rəqəmsal Savadlılıq üzrə Standart Tədris Planı - 11 ölkədə tanınır.
Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ilin noyabr ayından etibarən Azərbaycanda kompüter bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün "ICDL Avropa"nın təsdiq etdiyi yeganə akkreditasiya olunmuş test mərkəzi olaraq ICDL beynəlxalq imtahanlarını təklif edir.
Qeyd edək ki, ICDL beynəlxalq sertifikat imtahanlarını vermək istəyənlərə modullar üzrə diaqnostik qiymətləndirmə və elektron tədris resursları da təqdim olunur. DİM-də təşkil edilən ICDL imtahanları barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür: