DİM Xaçmaz Regional Bölməsinin təşkilatçılığı və rayon təhsil şöbələrinin koordinasiyası ilə regionda yerləşən ümumtəhsil müəssisələrinin kitabxanalarına “Abituriyent” jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlaşanlar üçün nəşr edilmiş “Abituriyent” jurnallarının xüsusi buraxılışları hədiyyə edilib.
Ümumilikdə, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının 65 ümumtəhsil müəssisəsinin kitabxanasına 62 adda 4000-ə yaxın nəşr hədiyyə olunub. Nəşrlər ucqarlarda yerləşən, sərhadyanı kənd məktəbləri əsas gütürülməklə, Rus və Azərbaycan bölmələri üzrə komplektləşdirilərək təqdim olunub.
Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər metodiki vəsait kimi faydalana bilərlər.