Görüşdə Dövlət İmtahan Mərkəzinin (DİM) Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin və Strateji inkişaf şöbəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkənin tanınmış şirkətlərinin top menecerləri, dövlət və özəl sektorun insan resursları üzrə təcrübəli mütəxəssisləri və “Yüksəliş” müsabiqəsinin qalibləri təcrübələrini bölüşərək müasir idarəçinin uğurlu olması üçün tələb olunan bilik və səriştələrlə bağlı fikir mübadiləsi aparıblar. Rəqabətli insan kapitalının formalaşması, bu sahədə olan prioritetlər, yanaşmalar və “Yüksəliş” müsabiqəsinin bu istiqamətlərdə verə biləcəyi töhfələr, eyni zamanda müsabiqədə qiymətləndirilən səriştələrin siyahısı əsas müzakirə mövzusu olub.
Xatırladaq ki, müsabiqədə istifadə olunan qiymətləndirmə materialları Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanır.