Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2021-ci il saat 11:00-da Zoom platforması üzərindən “Cambridge Assessment English” təşkilatı ilə birgə “Prove Your Teaching Knowledge with TKT” adlı məlumat sessiyası keçiriləcək.
TKT - ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilərlər.
Onlayn sessiyanın spikeri “Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə biznesin inkişafı departamentinin rəhbəri Darina Sizukdur. Spiker TKT imtahanı barədə ətraflı məlumat verib iştirakçıların suallarını cavablandıracaq.
Tədbir onlayn şəkildə - Zoom platforması üzərindən ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 22 iyun tarixinədək aktiv olacaq. Vebinara qoşulmaq üçün Zoom linki qeydiyyatdan keçmiş iştirakçılara elektron poçt vasitəsilə 23 iyun tarixində göndəriləcək.
Qeyd: Tədbirin dili ingilis dilidir.
Xatırladaq ki, DİM 2020-ci ilin iyul ayından etibarən ölkədə “Cambridge”in rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib.
TKT imtahanı da daxil olmaqla DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə edə bilərsiniz.