İddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri 3 iyul 2023-cü il saat 17:00-dək vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:
- müsabiqədə iştirak haqqının ödənilməsi barədə məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında müvafiq vergi orqanından arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alınır;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, reyestrdən çıxarışı və rekvizitləri;
- İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasını təsdiq edən sənədlər;
- İddiaçının sahibkarlıq subyektinin bölgüsünə əsasən hansı kateqoriyaya aid olması ilə bağlı Dövlət Statistika Komitəsindən arayış;
- İddiaçının Schneider Electric sertifikatlı mühəndisinin olması barədə təsdiqləyici sənəd;
- İddiaçının qiymət təklifi.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Kotirovka sorğusunun predmeti iki və ya daha çox iddiaçı arasında bölünə bilməz.
Təkliflər 4 iyul 2023-cü il saat 12:00-da açılacaqdır.
İddiaçıların tender təklifi, həmçìnin kotirovka sorğusu ilə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən Kotirovka sorğusunun şərtlərində müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.
Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704
E-mail: i.aliyev@dim.gov.az, Ünvan: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 299.