Əldə edilmiş razılığa əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçiriləcək.
İmtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunacaq.
İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılır.
İmtahan müxtəlif günlərdə 2 mərhələdə keçiriləcək. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilir.
İlk imtahanın keçirilməsi 2021-ci ilin iyun ayında nəzərdə tutulub və dəqiq tarix barədə məlumat veriləcəkdir.