12 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
İmtahan kompüterlər vasitəsilə elektron formada aparılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün 641 namizəd qeydiyyatdan keçib. 627 namizəd imtahana gəlib. 303 namizəd 55 və daha yuxarı bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb. İmtahanda toplanıla biləcək maksimal bal 80-dir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 13 – 15 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.