Əldə edilmiş razılığa əsasən, Dövlət İmtahan Mərkəzinə 2020-ci ilin avqust ayından etibarən dünyanın bir çox ölkələrində tanınan ACCA - (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya verilib.
Qeyd edək ki, bu assosiasiyada 179 ölkədən 544 000 tələbə və 227 000 üzv qeydiyyatdadır.
ACCA imtahanları beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsi məqsədi ilə təşkil edilir. Assosiasiya həm özəl, həm də dövlət sektorlarını dəstəkləyir.
Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi ”Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz əksini tapmışdır.