Böyük Britaniya və Avstraliya hökumətləri, həmçinin dünyada minlərlə ali təhsil müəssisəsi tərəfindən tanınan “PTE Academic” imtahanı namizədin universitet, peşə və miqrasiya məqsədlərinə uyğun olaraq zəruri ingilis dili biliklərini ən etibarlı və qərəzsiz yoxlayan testlərdən biri hesab olunur. Test imtahanını istənilən yaş kateqoriyasından olan namizədlər verə bilər və imtahan nəticələri iki gün ərzində iştirakçılara təqdim olunur.
Vebinar onlayn platforma vasitəsilə ingilis dilində keçiriləcək. Vebinarda Pearson mərkəzinin əməkdaşı, müəllimlərin təlimi və qiymətləndirmə üzrə böyük məsləhətçi Bartłomiej Janiak namizədlərin gələcək təhsil həyatında akademik ingilis dili testinin (PTE Academic/PTE A) rolu haqqında məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
Vebinarda iştirak etmək istəyən şəxslər aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 25 aprel tarixinədək aktiv olacaq.
Görüşün linki qeydiyyatdan keçmiş iştirakçılara aprelin 26-da göndəriləcək.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSemw81y-o9MQeKcpa2N4IU8rwdzAIc0c5apUtw3ppmixwUjqg/viewform?usp=sf_link
Qeyd: Daha səmərəli müzakirə aparmaq üçün iştirakçıların sayına məhdudiyyət qoyulur.